QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunda nə baş verir və niyə "Qarabağ dövləti"ndən dəm vururlar?

© © Ministry of Defence of The Republic of ArmeniaErməni əsgərləri, arxiv şəkli
Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
Ermənistanın Müdafiə Nazirliyində ordunun yenidən təşkili üzrə paralel iş gedir. Erməni KİV-in iddiasına görə, Ermənistanla "Qarabağın rəhbərliyi" peşəkar orduya keçid üzərində işləyirlər

BAKI, 4 fevral - Sputnik. Qarabağın erməni separatçılarının "rəhbərinin" mətbuat katibi Vaqram Poğosyan "Aykakan jamanak" qəzetinə müsahibəsində deyib ki, "Qarabağ ordusunu" radikal dəyişikliklər gözləyir.  

"Qarabağın müdafiə ordusu buraxılmır, yenidən qurulur. Peşəkar orduya təcili keçid üçün addımlar atılır. Müddətli hərbi xidmət keçən hərbçilər üçün müddət xidmətinin azaldılması məsələsi nəzərdən keçirilir", - Poğosyan deyib.

Separatçıların "parlamentinin" üzvü, Seyran Ayrapetyan da bir vaxtlar Nikol Paşinyanın rəhbəri olduğu "Aykakan jamanak"a müəyyən məsələlərin müzakirə olunduğunu, amma onları açıqlaya bilməyəcəyini deyib. 

"Müdafiə ordusu Qarabağın əsas təhlükəsizlik qarantıdır. Biz Rusiya sülhməramlı qüvvələrinə minnətdarıq, ancaq bizim öz dövlətimiz var və onun maraqlarının qorunması üçün bütün mümkün fəaliyyətlər aparılır. Ən əsası - orduda yüksək ruhu qoruyub saxlamaqdır", - Ayrapetyan deyib.

Bir müddət əvvəl Ermənistanın Vatikandakı sabiq səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan demişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan "Qarabağın müdafiə ordusunun" ləğv olunması barədə razılığa gəliblər

Onun sözlərinə görə, əvəzində Qarabağ milisi, qvardiya və ya polisin daxili qoşunlarının olacağının heç bir əhəmiyyəti yoxdur. Çünki onun fikrincə, "Qarabağın yerdə qalan hissəsinin" öz təhlükəsizliyini müstəqil surətdə qorumaq imkanı olmayacaq. 

Экс-президент Армении Серж Саргсян во время пресс-конференции, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Yerevanda gizli görüş olacaq: Paşinyanı devirmək planı işə düşdü

Qeyd edək ki, bu gün "ordu məsələsinə" separatçıların "təhlükəsizlik şurasının rəhbəri" Vitali Balasanyan da şərh verib: "Demək istəyirəm ki, Qarabağın "dövlət strukturları" müqavilə əsasında peşəkar hərbi hissələrin yaradılması məsələsi ilə məşğuldurlar. Bu, müdafiə və sərhədlərin toxunulmazlığı məqsədilə edilir". 

O, Əsgəran və Xankəndi yaxınlığındakı yaşayış məntəqələrində azərbaycanlıların yerləşdiriləcəkləri, üstəlik, azərbaycanlıların Xankəndidə sərbəst şəkildə dükan-bazardan alver etdikləri barədə xəbərləri də təkzib edib. Balasanyan deyib ki, yeri doldurulmayacaq itkilərə rəğmən, Qarabağın "rəhbərliyi" əhalinin təhlükəsizliyini qorumağa hazırdır. 

O, həmçinin Xankəndidəki inzibati binalarda Azərbaycan bayraqlarının asılacağı barədə xəbərləri də yalan adlandırıb.

Azərbaycan tərəfindən hələlik bu iddialara münasibət bildirilməyib. 

Xəbər lenti
0