CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Notariat rüsumları azaldıldı - Nə qədər qabağa düşmüşük?

© AP Photo / Lynne SladkyДокументы на столе, фото из архива
Документы на столе, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Abunə olmaq
Yeni dəyişikliklər daha ədalətli yanaşma ortaya qoyur: "Çünki, şəxs ona verilməyən sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq ödəməkdən azad olur".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Prezident İlham Əliyev "Notariat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklikləri təsdiqləyib. Bu qanunlar 2021-ci il martın 1-dən qüvvəyə minib.

Hüquqşünas Azər Nağıyev Sputnik Azərbaycan-a bu dəyişiklikləri şərh edib.

Səyyar ASAN Xidmət - Sputnik Azərbaycan, 1920, 18.01.2019
CƏMİYYƏT
Paytaxt və bəzi rayonlarda fəaliyyət göstərən notariat kontorları ləğv ediləcək

Onun sözlərinə əsasən, dəyişikliklər Azərbaycanda notariat hərəkətlərin aparılması zamanı dövlət rüsumunun və haqqının tutulmasının bəzi xüsusiyyətlərini müəyyənləşdirir: "Dəyişikliyə görə, notarius tərəfindən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq. Sadə dildə desək, bəzən hansısa notariat əməliyyatı zamanı bir sıra sənədlər (şəxsiyyət vəsiqəsi, etibarnamə, çıxarış, qəbz və s.) təqdim edilir və ya toplanır ki, notarius onların surətlərini notariat işinə əlavə edir. Bu zaman həmin sənədlərin surətləri də notarius tərəfindən notariat qaydasında təsdiq edilib işə əlavə edilir. Bu cür sənədlərin, yəni həmin şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, habelə notariat işinə əlavə edilmək məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq tutulmayacaq".

Hüquqşünas bildirib ki, yeni dəyişikliklər daha ədalətli yanaşma ortaya qoyur: "Çünki, şəxs ona verilməyən sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq ödəməkdən azad olur".

Sənədin imzalanması - Sputnik Azərbaycan, 1920, 30.03.2018
CƏMİYYƏT
Notariusa işi düşənlər tələsməsinlər - Səbəb

O qeyd edib ki, başqa bir dəyişikliyə görə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq: "Ölkəmizdə artıq bir sıra fəaliyyət sahələri vardır ki, elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə həyata keçirilməkdədir. Buna misal olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarışların elektron şəkildə verilməsini, vergi və rüsumların Elektron Hökumət Portalı vasitəsi ilə ödənilməsini və s. göstərmək olar. Sözsüz ki, zaman-zaman bu cür xidmətlər nəticəsində əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsi zərurəti də yaranır. Yeni dəyişikliklərə əsasən, qanunverici orqan bu halda şəxsləri elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq tutulmasından azad edir".

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 29.09.2016
HADİSƏ
Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı

"Məsələn, bir vətəndaşın iki mənzili var. Bir mənzilin çıxarışı illər əvvəl alınmış rəsmi blankda olan çıxarışdır. Digər mənzilə dair isə yeni alınmış elektron çıxarışdır. İndi vətəndaş həmin çıxarışların surətlərinin notariat qaydasında təsdiq edilməsini istəyirsə, bu zaman elektron çıxarışın kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq tutulmasından azad olunacaq. Amma illər əvvəl alınmış rəsmi blankda olan çıxarışın surətinin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq ödəməli olacaq" - deyə Nağıyev qeyd edib.

Hüquqşünas vurğulayıb ki, yeni dəyişikliklər müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı, əhaliyə xidmətdə rahatlıq və çevikliyi təmin edən, vətəndaş-məmur ünsiyyətini minimuma endirən elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərlə bağlı işi stimullaşdırır.

Onun sözlərinə görə, bundan başqa, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün dövlət rüsumunun məbləği azaldılıb və maddənin məzmunu daha dəqiq ifadə edilib: "Belə ki, hazırda qüvvədə olan "2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə" sözləri, yeni layihəyə əsasən "1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə" sözləri ilə əvəz edilib".

Xəbər lenti
0