Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. Respublikanın bir sıra yollarında buzlaşma var. Ağsu aşırımında hərəkət tamamilə dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.
Onun sözlərinə görə, indiyə olan məlumata görə, Bakı-Qazax yolunda 10-dan çox avtomobil toqquşub: "Respublikanın əksər yollarında buzlaşma var. Ağsu aşırımında buzlaşma olduğu üçün hərəkət yoxdur. Bakı-Şamaxı-Yevlax yolunun 78-143 km -də buzlaşma müşahidə olunur. Bakı-Rusiya yolunun130-204 km-də, Gəndob Yalama yolunda da buzlaşma var. Sürücülər yollarda diqqətli olsunlar, hər iki oxu çəkməyən, müvafiq hava şəraitinə uyğun şinləri olmayan avtmobillərlə yola çıxmaq tövsiyə olnmur".