BAKI, 18 fevral — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, fevralın 18-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensivləşib, güclü şimal-qərb küləyi əsib. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 42 (aylıq normanın 80 faizi), Lənkəranda 38 (aylıq normanın 36 faizi), Zaqatalada 33 (aylıq normanın 74 faizi) Xınalıqda 28,
Qar örtüyünün hündürlüyü Sarıbaşda 40, Şahdağda 39, Daşkəsəndə 28, Gədəbəydə 24, Göygöldə 22, Kişçay, Tovuz, Qrızda 10, Şəki, Oğuzda 9, Zaqatalada 6, Gəncədə 4, Quba, Xaltanda 3, Xınalıq, Şəmkir, Qusarda 2, Balakən, Altıağac, Mərəzə, Hacıqabul, Yardımlı, Qəbələdə 1 sm olub. Qərb küləyinin sürəti Neftçalada 30, Naftalanda 28, Tərtərdə 25, Gəncədə 24, Biləsuvar, Salyanda 20, Şəmkirdə 19, Xaçmaz, Şəki, Hacıqabulda 16, Qum adasında 27, Neft Daşları, Bakıda 21, Pirallahı, Sumqayıt, Çilov adasında 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metrə çatıb. Havanın temperaturu fevralın 17-də Bakıda iqlim normasından 1,5 dərəcə aşağı, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-1 dərəcə şaxta, aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta olub.