CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsu aşırımından keçənlərə DYP-dən tövsiyə

© Sputnik / Murad OrujovЗанесенный снегом дорожные знаки
Занесенный снегом дорожные знаки - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Muğanlı-Ağsu-Yevlax avtomobil yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsi buz bağlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Muğanlı-Ağsu-Yevlax avtomobil yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Первый мокрый снег в Баку - Sputnik Azərbaycan, 1920, 18.02.2021
CƏMİYYƏT
Faktiki hava: Bakıda şaxta olub, Neftçala küləyin sürətinə görə paytaxtı ötüb

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yoxdur. Bununla belə, N.Piriyev bildirib ki, bu yoldan istifadə edən sürücülərə mövsümə uyğun şinlərlə təmin olunan avtomobillərdən istifadə etmək tövsiyə olunur: "Ağsu aşırımında səhər saatlarında yol buz bağlasa da, aidiyyəti qurumlar tərəfindən yol təmizlənib, qum-duz səpilib. Hazırda yolda avtomobillərin hərəkəti təmin olunub. Sadəcə sürücülər yola çıxdıqda avtomobillərinin şinlərini mövsümə uyğunlaşdırmalıdırlar. Belə havalarda mövsümə uyğun şinləri olan avtomobillərdən istifadə tövsiyə olunur".

Xəbər lenti
0