İqtisadi islahatlardan danışarkən - Sahibkarların kreditlərə əlçatanlığı necədir?

© AFP 2024 / PATRICK T. FALLONФермеры на поле, фото из архива
Фермеры на поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.02.2021
Abunə olmaq
Fermer və ekspert kreditlərə əlçatanlıq məsələsindən danışıb. Ekspert hesab edir ki, dövlət hesabına verilən güzəştli kreditlərdə bank sirri rejimi olmamalıdır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. 2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Bu sözləri Sahibkarlığın İnkişafı Fondunun sədri Kənan Nəcəfov deyib: "Bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır".

Bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir: "Ötən il bu platformada 949 milyon manat həcmində 3300-dən çox müraciət qeydə alınıb və 529 müraciət üzrə 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb".

Bəs, ümumilikdə sahibkarların kreditlərə əlçatanlığı necədir?

Рабочее место редактора, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.01.2021
YAZARLAR
İslahatlar dalğası mediamıza çatdı: bizi nə gözləyir?

Qax rayonu Qaratala kəndindən olan fermer Vüqar Abdullayev Sputnik Azərbaycan-a camışçılıq təsərrüfatı yaratmaq istədiyini, lakin bunun üçün kredit götürə bilmədiyini deyib: "Kənddə camışçılığın inkişafı üçün münbit şərait var, yem və s. baxımından əlaverişlidir. 7-8 hektar torpaq sahəm var, arpa və digər yem məhsulları əkirəm. Eyni zamanda, tövlələrim var və heyvanları saxlamaq üçün imkanlar mövcuddur. İxtisasca da baytar-həkiməm. Camışların sayını artırmaq, ilkin təsərrüfat yaratmaq, orqanik məhsullar (camış qatığı, camış südü və s.) bazara çıxartmaq istəyirdim. Bunun üçün 20-30 min manatlıq kredit götürmək istədim. Banklardan bildirdilər ki, ilkin təsərrüfatlara, startap layihələrə aqrar kredit vermirlər. Ancaq mövcud olan təsərrüfatların inkişafı üçün aqrar kredit ayıra bilərlər. Digər kreditlərə görə isə girov üçün Bakı şəhərində mənzil tələb olunur. Axı, mənim evim və təsərrüfatım Qax rayonundadır. Bakıda mənim mənzilim yoxdur. Ona görə də kredit ala bilmədim. Mövcud şərtlər kreditlərə əlçatanlıq yaratmır".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahibkarların xüsusilə pandemiya dövründə ucuz, güzəştli kreditlərə etiyacı var: "Ümumiyyətlə, Azərbaycanda güzəştli kreditlərin verilməsi prosesi qeyri-şəffafdır. Prosedur məlum deyil ki, niyə birinə kredit verilir, digərinə isə verilmir. Hesab edirəm ki, dövlət hesabına verilən güzəştli kreditlərdə bank sirri rejimi olmamalıdır. Bank sirri rejiminə görə, bankdan kredit götürənlər və yaxud aparılan əməliyyatlar barədə məlumat verilə bilməz".

"Amma əgər söhbət güzəştli kreditdən gedirsə, bu məlumat açıq olmalıdır. Krediti verən qurumun saytında bu haqda məlumat verilməlidir. Bu halda kreditlər daha əlçatan olacaq. Çünki kreditlərin alınması uğrunda sağlam rəqabət olacaq, yəni mən niyə kredit ala bilmədim, digəri aldı və s. Bu baxımdan sahibkarlar üçün bu əlçatanlıq təmin edilməlidir. Kimlərə kredit verilib və ya verilməyib, niyə verilib və ya verilməyib və s. məlumatlar açıq olmalıdır. Bu, sahibkarlıq üçün problemdir", - deyə ekspert bildirib.

O qeyd edib ki, dövlət hesabına güzəştli kreditlər bir sıra ölkələrdə yoxdur, çünki həmin yerlərdə faizlər onsuz da aşağıdır: "Bizdə kommersiya faizləri yüksək olduğu üçün güzəştli kreditlərə ehtiyac var. Digər tərəfdən, kredit almaq üçün müraciət edən bəzi sahibkarlarda biznes planların hazırlanmasında da problemlər var".

Xəbər lenti
0