Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı da qayıqdadır: UEFA-dan AVRO-2020 ilə bağlı mühüm açıqlama

© AFP 2024 / KIRILL KUDRYAVTSEVБакинский Олимпийский стадион, фото из архива
Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

BAKI, 11 fevral — Sputnik. UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar turnirə hazırlıqdan danışıb.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Andreas Şar "Sport-Express" nəşrinə açıqlamasında bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: "Təsdiq etmək istəyirəm ki, turnir keçiriləcək, ona görə də mən öz komandamla Sankt-Peterburqa gəlmişəm".

"Böyük əminliklə demək istəyirəm ki, 12 şəhərin hamısı oyunları qəbul edəcək" - Şar deyib.

"Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün əvvəlcədən nəzərdə tutulan 12 oyunçunun hər biri qayıqdadır" - o əlavə edib.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xəbər lenti
0