Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başlayıb

© Photo : Facebook / Teymur RajabovТеймур Раджабов, фото из архива
Теймур Раджабов, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.

BAKI, 11 fevral - Sputnik. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.

İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib. Üçüncü partiya həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə uduzub - 1,5:2,5.

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.

Cütlüklər sabah ən azı daha 4 görüş keçirəcəklər.

Qeyd edək ki, Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Xəbər lenti
0