Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarabağ sayağı paştet: Qədim tərəkəmə resepti

Abunə olmaq
Bağır-beyin bir vaxtlar Qarabağ zonasının ən sevilən yeməklərindən biri olduğu halda, hal-hazırda onun hazırlanma qaydasını yalnız yaşlı nəsil bilir. Onu necə bişirməli olduğunuzu videomuzda izləyin.

Sputnik Azərbaycan-ın diyarımızın qeyri-adi reseptləri ilə tanışlığı davam edir. Bu dəfə Beyləqan sakini 81 yaşlı Fənarə Süleymanova əsasən tərəkəmə həyat tərzi sürən sakinlərimiz arasında məşhur olan, amma hal-hazırda unudulmaqda olan bağır-beyin və ya Qarabağ sayağı paştetin hazırlanma qaydasını bizə təqdim edib.

Fənarə xanımın sözlərinə görə, bu yemək olduqca tez hazırlanır.

“Biz əsasən dağa gedəndə bunu hazırlayardıq. Bu yemək keçmişdə hörmətli qonaqlar, bəylər üçün bişirilərdi. Əgər quzu kəsilib bişirilirdisə, mütləq bağır-beyin də hazırlanmalı idi”, - deyərək 81 yaşlı  Beyləqan sakini bizimlə bölüşüb.

Bunun üçün bizə öncədən pörtlənmiş 1 kiloqram quzu ciyəri, 1 quzu başının beyni, 300 qram quzu quyruğu, göyərti, soğan, duz və istiot lazım gələcək. İlk öncə quzunun başı soyulur, bişirilir və beyni çıxarılır. Ciyər və quyruq ayrı-ayrılıqda bişirilib soğanla birlikdə ət maşınından keçirilir. Hər üçü xırda doğranmış göyərti ilə birlikdə qarışdırılıb duz, istiot tökülür. Süfrəyə verərkən üzərinə nar dənələri əlavə edilir.

Nuş olsun!

Xəbər lenti
0