CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki övladının itməsi iddiası ilə gündəmi silkələyən qadına görə bəyanat yaydılar

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidFüzulidə ağacda çəkmələr
Füzulidə ağacda çəkmələr - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
Araşdırmalar nəticəsində məlum olub ki, Lənkəran rayon sakini olan və hazırda Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayə yaşayan Rəna Kazımovanın ümumiyyətlə övladı yoxdur

BAKI, 4 fevral - Sputnik. Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının video-görüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər ala bilmədiyini diqqətə çatdırır, kömək istəyir.

Tural İsayev - Sputnik Azərbaycan, 1920, 30.01.2021
Yüz iyirmi gün sonra gələn qara xəbər: İtkin hərbçi şəhid olub

Araşdırmalar nəticəsində məlum olub ki, Lənkəran rayon sakini olan və hazırda Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayə yaşayan R.Kazımovanın ümumiyyətlə övladı yoxdur. Azərbaycan Respubliasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağrılmayıblar. Bundan başqa, bu adlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin itkin düşmüş şəxslərlə əlaqədar siyahısında da yer almır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda deyilir. 

Məsələ ilə bağlı qurum təəssüfünü bildirir: "Mətbuat Şurası medianı, sosial şəbəkə istifadəçilərini, həmçinin sosial şəbəkədə aktivliyi ilə seçilən jurnalistləri Vətən Müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırır. Təəssüf ki, hazırda haqqında söz açdığımız konkret məsələ ilə bağlı biz bu həssaslığı görə bilmədik.

Ruhi xəstə olan vətəndaşın düşdüyü durumun nəzərə alınmaması və mövcud xüsusda meydana çıxan yanlışlıq cəmiyyətdə gərginlik effekti yaratdı. Gərginliyin yaranması isə eyni zamanda peşəkar media adına yolverilməz hərəkətdir. Nəzərə alınmalıdır ki, Vətən Müharibəsi kimi Azərbaycan cəmiyyəti üçün kifayət qədər həssas əhəmiyyət daşıyan məsələyə münasibətdə qeyri-peşəkarlığın insanların əsəblərini tarıma çəkmək, 44 günlük müharibədə qazanılmış qələbəyə kölgə salmaq ehtimalı var. Media mövzuya ilk növbədə bunu düşünərək yanaşmalıdır".

Tural İsayevin dəfni - Sputnik Azərbaycan, 1920, 31.01.2021
CƏMİYYƏT
Şəhid anası övladının dəfnindən əvvəl qurban kəsdi - FOTO

"O da nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə, onların problemlərinə münasibətdə diqqətlidir, itkin düşmüş şəxslərin tapılması istiqamətində ardıcıl iş aparır. Belə bir durumda jurnalist fəaliyyəti dövlət-vətəndaş münasibətlərinə xələl gətirməməli,  etimad mühitini zədələməməli, əxlaq normalarını aşan, bəşəri dəyərlərə zidd üsul və vasitələrdən yararlanmamalı, manipulyativ xarakter daşımamalıdır. Baş vermiş hadisə isə göstərir ki, bir sıra jurnalistlərimiz bu prinsiplərə əməl etməyiblər. Belə olan halda peşə dəyərlərinə sadiqlikdən danışmaq mənasızdır.  

Azərbaycan Mətbuat Şurası bir daha kütləvi informasiya vasitələrimizin təmsilçilərini, müstəqil jurnalistləri Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayişinə, peşəkarlığa, yayılmış fikirlərin informasiya dəyərini yoxlamağa, onların reallıq dərəcəsini nəzərdən keçirməyə, müvafiq dəqiqləşdirmələr aparmağa çağırır", - bəyanatda deyilir.

Xəbər lenti
0