BAKI, 3 fevral — Sputnik. Yanvarın sonuncu günü Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan
Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilirdi.
Sputnik Azərbaycan FHN-in məlumatına istinadla bildirir ki, dalğıc-axtarış qrupu 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyitini bu gün günorta saatlarında Kür çayında tapıb çıxararaq aidiyyəti üzrə təhvil verib.
Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.