CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kür çayında balıqçı müəmması - Üç uşaq atası hara yoxa çıxıb?

© Sputnik / Rahim MammadovKürdə axtarış işləri
Kürdə axtarış işləri - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Batdığı ehtimal edilən hər iki şəxsin axtarışları Kür çayının Mingəçevir və Yevlax rayonlarından keçən hissəsində davam etdirilir.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Mingəçevirdə dünyaya göz açanlar, üzgüçülük və qayıq idarə etməkdə ölkəmizin digər bölgələrinin sakinlərindən fərqlənirlər. Hətta şəhərin “Köhnə Mingəçevir kəndi” adlanan ərazisində belə deyim də var ki, burada doğulanlar quruda yeriməzdən əvvəl, suda üzməyi bacarırlar. Kür çayında batdığı ehtimal edilən 41 yaşlı Səfxan Yusifov da uzun illərdir Kürdə qayıq idarə edib. Sputnik Azərbaycan-la söhbətində Mingəçevir sakini Səfxan Yusifovun əmisi oğlu Qurbanəli Yusifov illərdir Səfxanın qayıq idarə etdiyini və çox yaxşı üzmək bacarığı olduğunu deyib:

© Sputnik / Rahim Mammadov
Kürdə axtarış işləri - Sputnik Azərbaycan
1/5
© Sputnik / Rahim Mammadov
Kürdə axtarış işləri - Sputnik Azərbaycan
2/5
© Sputnik / Rahim Mammadov
Rauf Məmmədov - Sputnik Azərbaycan
3/5
© Sputnik / Rahim Mammadov
Sefxan Yusifov - Sputnik Azərbaycan
4/5
© Sputnik / Rahim MammadovKürdə axtarış işləri
Kürdə axtarış işləri - Sputnik Azərbaycan
5/5
Kürdə axtarış işləri
1/5
2/5
3/5
4/5
5/5
Kürdə axtarış işləri

“Əmimoğluna zəng çatmayıb. Hər kəsin ağlına bir şey gəlib ki, yəqin yolda mühərrik xarab olub bunlar qalıblar çayın ortasında. Arxalarınca başqa bir qayıq gedib, görüblər qayıq olduğu kimi qamışılıqda dayanıb. Mühərrik özbaşına sönüb. Amma bunların heç birindən xəbər yoxdur. Sanki quş olub havaya uçublar. Dalğıclar gəlib, axtarışlar gedir. Dəqiq bəlli deyil ki, hadisə harada baş verib. Necə olub ki,suya düşüblər? Çünki qayıqda heç bir zədə yoxdur. Bütün bunlar qaranlıq olduğuna görə, təbii ki bu da onların tapılma ehtimalını çətinləşdirir. Hava şəraiti də, əlverişli deyil”.

Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək axtarışlar intensiv şəkildə davam etdirilib. Bunu Sputnik Azərbaycan-a Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Daxili Su hövzələri üzrə şöbəsinin rəisi Rauf Məmmədov bildirib.

“Sadıxbəyli Ramin Qaçay oğlu və Yusifov Səfxan Aydın oğlunun axtarışları davam edir. Şübhəli ərazidən Yevlax rayonunun Varvara kəndi sahili hissəsinə qədər axtarışlarımız davam edir. Müəyyən qurğular və texniklar vasitəsi ilə axtarışları aparırıq”.

Xatırladaq ki, Mingəçevir sakinləri Sadıxbəyli Ramin Qaçay oğlu və Yusifov Səfxan Aydın oğlu fevralın 1-də gecə saatlarında Kür çayında balıq tutmağa gediblər və yoxa çıxıblar.

Qeyd edək ki, Səfxan Yusifov 3 uşaq atası olub.

Xəbər lenti
0