Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"İntiqam silahı"nı Rusiya kimə tuşlayacaq? - VİDEO

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidИспытания крылатой ракеты с ядерным двигателем «Буревестник»
Испытания крылатой ракеты с ядерным двигателем «Буревестник» - Sputnik Azərbaycan
Abunə olmaq
Radarlar üçün görünməz olan "Burevestnik" yalnız peykdən, özü də ancaq buraxılış anında aşkarlana bilər. 50-100 metr yüksəklikdən uçuş vaxtı qanadlı raketin izlənməsi və tutulması praktiki olaraq mümkün deyil.

BAKI, 29 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Nüvə mühərriki ilə təchiz edilmiş, sərhədsiz məsafəyə qədər uça bilən "Burevestnik" qanadlı raketləri növbəti sınaqlara hazırdır. Bu raketlərin dünyada analoqu yoxdur, Rusiya yüksək texnoloji silahlar sahəsində liderliyini davam etdirir.

Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
ABŞ niyə F-35-lərin kütləvi istehsalını yenidən dayandırdı

Yeni Torpaq adalar qrupunda "Burevestnik" raket sistemi sınaqlara hazırlanır və 2021-ci ilin ilk buraxılışı baş tuta bilər. Coğrafi nöqtə raketi uzun məsafədə sınaqdan keçirməyə imkan verir, 9M730 qurğusu isə çoxdan işlək vəziyyətdədir. Rusiya raket sənayesindəki bir mənbənin verdiyi məlumata görə, 2019-cu ilin yanvarında nüvə elektrik stansiyasının sahə sınaqları başa çatıb, reaktorun istismar xüsusiyyətləri təsdiqlənib və sərhədsiz uçuş məsafəsi təmin edilib. CNN tərəfindən 2020-ci ilin avqust ayından etibarən yayımlanan peyk rəsmlərinə əsasən, Novaya Zemlya arxipelaqındakı "Burevestnik"in sınaq nöqtəsində yüksək aktivlik qeydə alınır.

Rusiya Prezidenti Vladimir Putin 2017-ci ilin sonunda nüvə qurğusu ilə təchiz olunmuş yeni raketin ilk uğurlu buraxılışını elan etmişdi. Yaponiyanın "The Diplomat" nəşri isə Amerika hökumətindəki mənbələrə istinadla "Burevestnik"in 2016-cı ilin iyunundan bəri Həştərxan bölgəsindəki "Kapustin Yar" poliqonunda sınaqdan keçirildiyini yazıb. İndiyə kimi 10-dan artıq buraxılış yerinə yetirilib və bu, texnoloji inqilabdır.

Radarlar üçün görünməz olan "Burevestnik" yalnız peykdən, özü də ancaq buraxılış anında aşkarlana bilər. 50-100 metr yüksəklikdən uçuş vaxtı qanadlı raketin izlənməsi və tutulması praktiki olaraq mümkün deyil. "Burevestnik" sərhədsiz məsafəyə ultra alçaq yüksəklikdən uça bilmə qabiliyyəti sayəsində inkişaf etmiş ölkələrdə mövcud olan və gələcəkdə hazırlanacaq bütün hava hücumu və raketdən müdafiə sistemlərini "şəffaf" və yararsız hala gətirir.

Mütəxəssislərin fikrincə, ən yeni "Burevestnik" qanadlı raketinin istifadəyə verilməsi 2027-ci ildən tez baş verməyəcək və onun döyüş potensialı 5 fevral 2026-cı ilə qədər uzadılmış Rusiya-Amerika Strateji Hücum Silahlarına dair Müqavilədə (SHS- -3) nəzərə alınmayıb.

Unikal konstruksiya

Ənənəvi qanadlı raket məhdud hərəkət radiusuna malik reaktiv mühərrikli başlıqdan (adi və ya nüvə) ibarətdir. Məsələn, "Tomahavk" qanadlı raketinin göyərtəsindəki yanacaq miqdarı cəmi 2500 km-ə qədər uçmağa imkan verirr. Nüvə mühərrikinə malik raket isə iz qoymadan on minlərlə kilomet məsafə qət etməyə, atmosferin sıx təbəqələrində planetin ətrafında dəfələrlə dövrə vurmağa qadirdir.

"Burevestnik"in malik olduğu imkanlar onu strateji silaha çevirir. Adi döyüş başlıqlarının "dünya ətrafında" dövrə vurması mümkün olsa da, praktik deyil. Strateji qanadlı raketlər dəqiq koordinatlarla düşmənin vacib hədəflərini məhv etmək üçün hazırlanıb. Mürəkkəb trayektoriya boyunca uzun uçuşdan sonra hədəfi ultra uzaq məsafədə uğurla vurmaq üçün "Burevestnik"in peyk və ətalət naviqasiyasına əsaslanan kombinə edilmiş idarəetmə və yerləşdirmə sisteminə, həmçinin ərazi boyunca uçuşun korreksiyasına ehtiyac var. Nüvə mühərrikli qanadlı raket istənilən trayektoriya boyunca hədəfə yaxınlaşma qabiliyyətinə malikdir – heç bir məhdudiyyət olmadan bir neçə gün və ya bir neçə ay havada qala bilər.

Противоракетный комплекс Пэтриот, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Amerika "Patriot"u yəmənlilərin üsyançı dəstələri ilə niyə bacarmır

Açıq mənbələrdən məlumdur ki, "Burevestnik" yer bazalı qanadlı raketdir, xarakterik gövdə formasına malikdir. Bu raket X-101-ə bənzəsə də, hava və dəniz bazalı qanadlı analoqlarından nəzərəçarpacaq dərəcədə böyükdür. "Burevestnik" in sınaq atışları nəqliyyat-buraxılış konteynerlərindən, yerüstü qurğulardan həyata keçirilir.

Enerji qurğusunun dizaynı və xüsusiyyətləri barədə dəqiq məlumat yoxdur, ancaq iş prinsipi ehtimal olunan uçuş müddətini (800-1000 km / s sürətlə) günlər, aylar, illərlə hesablamağa imkan verir.

"Burevestnik" – intiqam silahıdır. Qeyd edək ki, ötən əsrin ortalarında ABŞ-da "Nuclear Energy for the Propulsion of Aircraft", "Atomic Energy Commission", "Aircraft Nuclear Propulsion" kimi layihələr çərçivəsində buna bənzər bir raket sistemi yaratmağa uğursuz cəhdlər olub.

Təhlükəsizlik sistemi

Ələkeçməz "Burevestnik" elə qurulub ki, düşmən yalnız böyük hərbi qurğulardan və ya meqapolislərdən biri qəflətən yoxa çıxandan sonra onun istifadəsi barədə onlayn məlumat əldə edə bilər. Vaşinqton Rusiyanın inkişaf etmiş strateji mənzilli silah sistemlərindən narahatdır. ABŞ-ın yeni prezidenti Cozef Bayden administrasiyasının heç bir əlavə şərt irəli sürmədən SHS-3 müqaviləsinin müddətinin uzadılmasını qəbul etməsi heç də təsadüfi deyil. Bu müqavilə tərəflər üçün strateji hücum silahları ilə bağlı aşağıdakı məhdudiyyətləri nəzərdə tutur: 700 qitələrarası ballistik, sualtı və ağır bombardmançı təyyarələrdəki ballistik raket, həmçinin1550 döyüş başlığı, 800 yerləşdirilmiş və yerləşdirilməmiş buraxılış qurğusu. Gələcəkdə təhlükəsizlik sisteminin inkişafı üçün müxtəlif seçimlər nəzərdən keçirilir. Rusiya Federasiyası ilə ABŞ arasında strateji sabitliyə dair gələcək müqavilələr raket əleyhinə müdafiə, dəqiq və kiber silahlar, kosmosda silahlanmanı əhatə edə bilər.

Rusiya Dövlət Duması Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov yanvarın 27-də bəyan etdi ki, danışıqların sonrakı gedişatında strateji nüvə silahlarının da sözügedən müqaviləyə daxil edilməsi məsələsinə baxıla bilər. Digər tərəfdən, hərbi ekspertlər Rusiyanın "Avanqard" hipersəsli sistemini "qurban verə" biləcəyinə inansalar da, bildirirlər ki, Moskva bütün növ yeni, hipersəsli və taktiki nüvə silahlarınının müqaviləyə daxil edilməsinə qətiyyən razılıq verməz. Hər bir halda, "Burevestnik"in nə vaxtsa "güzəştlər" siyahısına düşmə ehtimalı çox azdır.

Атомная подводная лодка Северного флота «Северодвинск» - Sputnik Azərbaycan
TƏHLİL
Rusiyanın aqressiv siyasətə cavabı - Yeni sualtı qayıqlar haqqında bizə nə məlumdur?

SHS-3 müqaviləsi həddən artıq yüksək qiymətləndirilməməlidir, Moskva və Vaşinqton arasındakı münasibətlərin perspektivi birmənalı deyil. Müqavilənin müddətini uzatmaqla Amerikalılar heç nə itirmir və bu ölkə gələcəkdə öz mövqeyini dəyişərək 14-cü maddənin 3-cü bəndinə uyğun olaraq dərhal sənəddən geri çəkilə bilər.

Vaşinqton rəsmi olaraq müxtəlif hesabatlarda və proqramlarda Rusiyanı hərbi rəqib və ABŞ-ın düşməni adlandırır. NATO ölkələri "Rusiyanın bəzi təcavüzkar hərəkətlərini" dəf etməyə, "qaydasız oyunu" davam etdirməyə hazırlaşır. Bu isə Rusiya Prezidenti Vladimir Putinin fikrincə, "hərbi gücün birtərəfli qaydada tətbiqi riskini və planetdə yeni münaqişə ocaqlarının yaranma ehtimalını" xeyli artırır".

Bu vəziyyətdə "Burevestnik"ləri və "Poseydon"ları start vəziyyətində saxlamağa ehtiyac var.

Xəbər lenti
0