Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ və Rusiyanın Qara dənizdə əzələ nümayişi

© AFP 2024 / JACK GUEZUSS Donald Cook (DDG-75) — эсминец
USS Donald Cook (DDG-75) — эсминец  - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikanın "Donald Kuk" eskadra mina gəmisi yanvarın 23-də Qara dənizə girdi və Rusiya Hərbi Dəniz Donanması effektiv döyüş hazırlığı üçün standart "hədəf vəziyyəti" aldı.

BAKI, 27 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Potensial düşmən Rusiya Federasiyasının dəniz sərhədləri yaxınlığında görünəndə dərhal səth gəmiləri, sualtı qayıqlar, aviasiya və ya sahil raket sistemləri tərəfindən qarşılanır və şərti şəkildə məhv edilir. Yaxud hamısı birdən "zərərsizləşdirilir". Bu, adi və çoxvariantlı döyüş təlimidir.

Amerikanın "Donald Kuk" eskadra mina gəmisi yanvarın 23-də Qara dənizə girdi və Rusiya Hərbi Dəniz Donanması effektiv döyüş hazırlığı üçün standart "hədəf vəziyyəti" aldı. Milli Müdafiə İdarəetmə Mərkəzi bu barədə qısaca məlumat yaydı: "Qara Dəniz Donanması qüvvələri və vasitələri müşahidə vəziyyətinə keçib".

KİV-də gedən məlumata əsasən, həmin gün Rusiya Aerokosmik Qüvvələrinin altı döyüş təyyarəsi Qara dənizin qərb hissəsində, Krım yarımadasından təqribən 300 km məsafədə bir Amerika qırıcısına şərti zərbə endirib. İki cüt Su-30 və Su-27 qırıcıları, habelə bir cüt Su-24 bombardmançı təyyarəsi Krımdakı hava bazalarından qalxıb növbə ilə dəniz hədəfinə, raket-bomba silahlarından istifadə xəttinə tərəf uçaraq düşməni zərərsizləşdirməyə (şərti zərbələr endirməklə) başlayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin Rusiya Federasiyasının dəniz sərhədləri yaxınlığındakı dağıdıcı fəaliyyətinə kifayət qədər adekvat reaksiya verilir. İki ay əvvəl "Tomahavk" qanadlı raketləri ilə silahlanmış eyni tipli "Con Makkeyn" eskadra mina gəmisi Böyük Pyotr körfəzində Rusiya sərhədini pozdu və Sakit okean donanmasının nəhəng sualtı gəmisi "Admiral Vinoqradov" tərəfindən neytral sulara tərəf qovuldu. Onda ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığı bəyan etdi ki, sözügedən su ərazisinin Rusiyaya məxsus olduğunu tanımır.

Корабли военно-морского флота России во время репетиции парада в честь Дня ВМФ России в Санкт-Петербурге, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Rusiya yeni donanma yaradır: bir anda altı gəminin tikintisi başlayır

Uzaq Şərq təxribatının Krım yarımadası yaxınlığında təkrarlanması ehtimalı yüksəkdir. Bu səbəbdən də yanvarın 23-də Rusiya dərhal "Donald Kuk"a qətiyyətli hərəkətə hazır olduğunu göstərdi və Amerika eskadra mina gəmilərinin Rusiya Federasiyasının ərazi sularında "sərbəst üzə bilməsi" barədə mifi dağıtdı.

Bundan başqa, Qara dəniz donanmasında böhran vəziyyətində hərəkətlərə dair bir təlim sessiyası baş tutdu. Sonra Rusiya Hərbi Dəniz Qüvvələri planlaşdırılan döyüş hazırlığı fəaliyyəti ilə əlaqədar olaraq Qara dənizin şimal hissəsindəki min kvadrat kilometrlik ərazini gəmiçilik fəaliyyətinə bağladı. Mütəxəssislərin fikrincə, bu, "Donald Kuk"un səfəri ilə əlaqəli deyil, ancaq hər bir halda, bölgədə artan hərbi-siyasi gərginliyi əks etdirir.

"Şığıyan bombardmançı" taktikası

"Donald Kuk" eskadra mina gəmisi 1600 km-ə qədər mənzilli (bəlkə də, nüvə avadanlığı ilə təchiz olunmuş) 60-dan çox "Tomahavk" qanadlı raketini daşımaq qabiliyyətinə malikdir, göyərtəsinə ASROC sualtı raketləri, "Standart" zenit raketləri, "İcis" raket əleyhinə müdafiə sistemi kompleksləri, döyüş məlumat idarəetmə sistemləri yerləşdirilə bilər və guya ABŞ bununla NATO müttəfiqləri ilə əlaqəsini gücləndirdiyini nümayiş etdirir. Amma çətin ki, bu qədər partlayıcı gücə malik arsenal regional sabitliyin möhkəmlənməsinə xidmət etsin...

Xatırladaq ki, "İcis" sisteminin 36 illik istismar müddətində yeganə "müharibə qəniməti" səhvən vurulan (F-14 qırıcısı hesab etmişdilər) "IranAir"a məxsus sərnişin təyyarəsi olub.

Bu eskadra mina gəmisinin hücum qabiliyyəti yüksək olsa da, amma hava hücumundan müdafiə sisteminin döyüş şəraitində effektivliyi sınaqdan keçirilməyib və qanadlı "Tomahavk"lar dəniz döyüşlərində köməyə gəlməyəcək. "Donald Kuk"un arxa hissəsində cəmi dörd ədəd kiçikölçülü sualtı gəmi əleyhinə "Harpun" var. Bu eskadra mina gəmisi heç vaxt Rusiya Donanması tərəfindən nəzarətsiz buraxılmayıb.

"Donald Kuk" ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının tərkibinə daxildir və 2014-cü ildən bəri müntəzəm olaraq Qara və Baltik dənizlərində, Rusiya Federasiyası sərhədləri yaxınlığında görünür. Elə həmin il eskadra mina gəmisinin şəxsi heyəti (300 nəfərdən artıq) Qara dənizdə bu "çağırılmamış qonaqları"ın həndəvərində uçan Rusiya bombardmançı təyyarələri ilə çox yaxından tanış oldu. ABŞ Dövlət Departamentinin məlumatına görə, həmin vaxt Su-24 təyyarəsindəki elektron müharibə avadanlığı ilk dəfə "Donald Kuk"un elektron cihaz kompleksini sıradan çıxartdı və bu, amerikalı dənizçiləri ruhdan saldı.

Su-24 ikinci dəfə 2018-ci ilin yazında "Donald Kuk"un cihazlarını sıradan çıxardı. 2021-ci ildə əks-hərəkət taktikası nəzərəçarpacaq dərəcədə dəyişdi çünki, son aylarda "Donald Kuk" Qara dəniz bölgəsində sabitliyi tez-tez pozurdu.

Digər tərəfdən, Su-24 heç də ən müasir dəniz bombardmançı təyyarəsi sayılmasa da, yerüstü hədəfləri məhv etmək üçün aviasiya silahlarının geniş spektrinə (radielektron döyüş sistemlərindən başqa) malikdir. Məsələn, X-59 yüksək dəqiqliklə idarə olunan "hava-yer" raketi (mənzili 285 km-ə qədər) gəmidəki radarların şüalanması ilə idarə olunur, sürəti 3,6 Maxa çatır və "Arli Berk" tipli eskadra mina gəmilərinə heç bir şans vermir.

Su-30 və Su-27 döyüş təyyarələrinin Qara dənizdəki gücü və üstünlüyü, eynilə, Qara dəniz hövzəsinə aidiyyəti olmayan ölkələrin hərbi gəmilərinin burada 3 həftədən artıq qalmasına imkan verməyən Montrö Konvensiyası kimi ABŞ Hərbi Dəniz Qüvvələri üçün məyusedici reallıqdır.

Rusiya hərbi qruplaşmasını gücləndirməyə, cənub-qərb strateji istiqamətində ABŞ və NATO donanmalarına qarşı mübarizə taktikasını dəyişdirməyə məcburdur. Son illərdə Rusiya Qara Dəniz Donanması "Kalibr" uzun mənzilli qanadlı raketlərlə təchiz edilmiş altı dizel elektrikli sualtı qayıq, bir neçə freqat və kiçik raket gəmiləri alıb. S-400 "Triumf" uzun mənzilli zenit raket komplekslərinin dörd və "Pantsir-S" zenit raket sistemlərinin bir neçə bölməsi Krıma yerləşdirilib. Tezliklə Sevastopol yaxınlığında raket hücumundan xəbərdarlıq sistemi üçün yeni radar sistemi də işə salınacaq.

ABŞ-ın Suriyaya hava zərbələri - Sputnik Azərbaycan
ABŞ-dan hücum əmri: Hədəflər açıqlandı, donanma hərəkətə keçdi

Rusiya Hərbi Dəniz Donanması hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin 10-a yaxın hərbi gəmisi və sualtı qayığının olduğu Aralıq dənizinə təsirini artırır. "Defence News"-a görə, Rusiyanın Uzaq Şərqində yerləşdirilən "Bastion" sahil raket sistemi Moskvaya Berinq boğazı vasitəsilə Arktikaya çıxışa nəzarət etmək və Alyaskadakı hədəfləri vurmaq imkanı verir. Bəs sonra nə olacaq?

ABŞ Hərbi Dəniz Qüvvələri strategiyasının əyri güzgüsü

"Qara dənizdə Amerika gəmilərinin olması Rusiyanı həmişə qıcıqlandırıb, çünki onlar uzun mənzilli qanadlı raketlər və raket əleyhinə güclü müdafiə vasitələri ilə silahlanıb. Ruslar belə təhdidləri strateji məsələ hesab edirlər və bu tip arsenalın yaşayış məntəqələrinə, yaxud mühüm infrastruktura yaxın olmasına qətiyyən icazə verməzlər" – bu fikirləri Virciniyadakı CNA hərbi analitik mərkəzinin Rusiya tədqiqatları üzrə direktoru Maykl Kofman deyib.

Rusiya Hərbi Dəniz Donanmasının çoxməqsədli və strateji sualtı qayıqları, eləcə də Amerika sahilləri yaxınlığında (neytral sularda və ya beynəlxalq hava məkanında) strateji raket daşıyan bombardmançı təyyarələrinin uçuşları da Vaşinqtonu qıcıqlandırır. Başqa sözlə, birtərəfli təhlükəsizlik mövcud deyil, amma ABŞ-ın öz strategiyası var.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Hərbi əməliyyatlar idarəsinin rəisi, admiral Maykl Gildey bu yaxınlarda bəyan edib ki, Vaşinqton gəmi qruplaşmalarının sayına görə dünyadakı liderlik mövqeyini qaytara bilməyəcək və yeni texnologiyalar vasitəsilə Dünya okeanındakı hökmranlığını qoruyub saxlamalıdır. Dünya okeanına nəzarət ABŞ iqtisadiyyatı və siyasəti üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Rusiyanın əsas "cinayət"i müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməsidir. Amerikanın qarşıdurma konsepsiyasında deyilir: "Rusiya Hərbi Dəniz Donanması dünyadakı mövcudluğunu genişləndirir və sahillərimizə daha yaxın ərazilərdə fəaliyyət göstərir ... Əgər Rusiyanı nəzarətsiz qoysaq, o, dünya nizamını pozmağa və ölkəmizi təhdid etməyə davam edəcək".

Bu pafoslu ittihamları təxribatlar və Pentaqonun quru və dəniz əməliyyatları davam etdirəcək (İraq, Yuqoslaviya, Əfqanıstan, Liviya, Suriyanın tarixini yada salmaq kifayətdir). Buna görə də Rusiya Hərbi Dəniz Donanması amerikalı "tərəfdaşları"nı daha qətiyyətli şəkildə çoxqütblü dünyanın acı gerçəkliyinə qaytarmaq məcburiyyətindədir.

Xəbər lenti
0