ABŞ-dan hücum əmri: Hədəflər açıqlandı, donanma hərəkətə keçdi

© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERSABŞ-ın Suriyaya hava zərbələri
ABŞ-ın Suriyaya hava zərbələri - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqton Suriyada vurulacaq yerlərin xəritəsini hazırlayıb - 22 hərbi obyekt

BAKI, 10 aprel — Sputnik. Suriyanın Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadəyə cavab olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Müdafiə Nazirliyi (Pentaqon) Bəşər Əsədin ordusuna aid olan 22 kritik hərbi obyektin xəritəsini hazırlayıb. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, vurulacaq bazalar arasında, əsasən şiə milis qüvvələrin olduğu strateji bölgələr də var. Bundan başqa, Homs və Tartus bölgələrində ABŞ-ın hədəfə aldığı 2 hərbi bazada rus əsgərlərin də olduğu bildirilir.

Türkiyəli millət vəkili Metin Külünk, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyədən sərt açıqlama: Suriya ABŞ-a ikinci Vyetnam olacaq

Hərbi bazaların vurulmasında Fransa, Böyük Britaniya, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriya rejiminə məxsus hərbi qərargahların bombardmanı dənizdən, havadan və qurudan həyata keçiriləcək.

Suriyalı yetkili Zekeriye Molahafci ABŞ-ın detallı şəkildə vurulacaq bazaların xəritəsini çıxardığını və bir neçə gün içərisində bunları vurmağa hazırlaşdığını bildirib. O, ABŞ-ın Fransa, Böyük Britaniya və İsrail ilə birgə başda hərbi hava limanları olmaqla strateji nöqtələri bombardman edəcəyini iddia edib.

Bu arada, Amerikanın "Donald Kuk" hərbi gəmisi Kiprin Larnaka limanını tərk edərək Suriya sahillərinə yaxınlaşıb. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Rusiyaya məxsus qırıcı təyyarələr gəmi üzərindən dörd dəfə alçaqdan uçuş edib.

Gəminin "Tomahawk" raketi ilə təchiz edildiyi bildirilir. Hərbi gəmi Suriyanın ikinci ən böyük liman şəhəri olan Tartusun 100 km-də lövbər salıb. ABŞ donanmasının rəhbərliyi gəminin Larnakadan ayrıldıqdan sonra hara getdiyi barədə sualları cavabsız buraxıb.

Xəbər lenti
0