Vəzifəsinin son günündə Pompeoya kloun damğası vurdular

© REUTERS / Andrew Harnik / Pool Майк Помпео
Майк Помпео - Sputnik Azərbaycan
Abunə olmaq
"Yalanları ilə məşhur olan bu amerikalı siyasətçi sonuncu gün (vəzifəsində - red.) çılğın yalanlar yayaraq özünü bütün dünyada kloun və gülüş obyekti kimi göstərdi"

BAKI, 20 yanvar — Sputnik. Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeonu kloun, onun Sintszyan-Uyğur Muxtar Rayonunda soyqırım barədə bəyanatını yüz ilin yalanı adlandırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Son bir neçə ildə Pompeo xeyli sayda yalan yayıb... Yalanları ilə məşhur olan bu amerikalı siyasətçi sonuncu gün (vəzifəsində - red.) çılğın yalanlar yayaraq özünü bütün dünyada kloun və gülüş obyekti kimi göstərdi", - deyə Çinin XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı siyasətini "soyqırımı" və "insanlığa qarşı cinayət" hesab edirlər: "Mövcud faktları diqqətlə araşdırdıqdan sonra belə nəticəyə gəldim ki, azı 2017-ci ilin martından etibarən ÇXR Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim".

Bu gün Cozef Baydenin inauqurasiya mərasimindən dərhal sonra isə Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib. Mayk Pompeo da bu siyahıda yer alıb.

Xəbər lenti
0