BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.
Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.
Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.
Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub.