Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" son on yeddi ilin rekordunu vurub

© REUTERS / MURAD SEZERФутболисты ФК "Карабах", фото из архива
Футболисты ФК Карабах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.

BAKI, 12 yanvar - Sputnik. Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası “Qarabağ” olub. 

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, Qurban Qurbanovun yetirmələri çempionatın startından keçirdiyi 12 matçda 31 qol vurub. 

Bu, son 17 ilin mütləq rekordudur. 2004/05 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək də rekord 2004/05 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1996/97 mövsümündə 47 dəfə fərqlənib. “Kəpəz” 1995/96 mövsümündə 42, Sumqayıt “Xəzər”i 1992-ci ildə 40 qola imza atıb.

Xəbər lenti
0