QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizi: imkanlar və perspektivlər

© Azerbaijan Railways CJSCСтроительство железной дороги, фото из архива
Строительство железной дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"2030-cu ilədək dünyada enerji daşıyıcılarının istehlak həcminin 47% artması nəzərə alınsa, yeni nəqliyyat dəhlizi Xəzər regionunun Qərblə sabit və dayanıqlı nəqliyyat marşrutu əldə etməsinə şərait yaradacaq".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci ilin noyabr ayının 10-da imzaladıqları üçtərəfli bəyanatın 9-cu bəndində qeyd edilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Президент РФ Владимир Путин, премьер-министр Армении Никол Пашинян и президент Азербайджана Ильхам Алиев во время трёхсторонних переговоров по поводу ситуации в Нагорном Карабахе - Sputnik Azərbaycan
RUSİYA
Kremldə üçtərəfli görüş başlayıb

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakıyla üçtərəfli görüş keçirilir. Müzakirə mövzularından biri də Cənubi Qafqazda iqtisadi və nəqliyyat blokadasının aradan götürülməsidir.

Sputnik Azərbaycan Lənkəran Dövlət Universitetinin professoru Telman İmanovun Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin imkanları və perspektivləri ilə bağlı şərhini təqdim edir.

Bütün tarixi dövrlərdə yollar xalqların iqtisadi, siyasi və mədəni əlaqələrində mühüm rol oynayıb. Birgəyaşayış anlayışının ümumbəşəri düşüncənin əsasını təşkil etdiyi, dünyanın siyasi mənzərəsində əsaslı dəyişikliklərin baş verdiyi, birqütblü dünya sisteminin formalaşdığı, qloballaşma və inteqrasiya proseslərinin dərinləşdiyi müasir şəraitdə Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin regionda mühüm geostrateji zonaya çevrilməsi bu gün aktual məsələlərdən birini təşkil edir.

Ümumi şəkildə Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin bərpa edilməsini şərtləndirən iqtisadi amillər və regional şərtlər aşağıdakılardan ibarətdir:

1. Sivilizasiyanın yeni inkişaf səviyyəsinə çatmasına, region əhalisinin həyat səviyyəsində tarixən yaranmış və artmaqda olan fərqlərin, həmçinin ümumbəşəri amil hesab edilən yoxsulluğun aradan qaldırılmasına imkan verəcək;

2. 2030-cu ilədək dünyada enerji daşıyıcılarının istehlak həcminin 47% artması nəzərə alınsa, yeni nəqliyyat dəhlizi Xəzər regionunun Qərblə sabit və dayanıqlı nəqliyyat marşrutu əldə etməsinə şərait yaradacaq;

3. İqtisadi inteqrasiya prosesləri inkişaf edəcək, beynəlxalq əmək bölgüsü dərinləşəcək, dünya ölkələri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq;

4. Əlavə dəyər yaradan xidmət sahələrinin inkişafı ticarət sahəsində fəallığı artıracaq və s.

Bu baxımdan region ölkələrinin hər biri bu dəhlizdən istifadə etməklə üstünlük əldə edəcək.

Naxçıvan Muxtar Respublikası

Bu dəhliz ilk növbədə Şərqlə Qərbin qovşağında əlverişli coğrafi mövqedə yerləşən, türk-islam dünyasına bir qapı hesab edilən qədim Naxçıvan diyarının inkişafına birmənalı müsbət təsir göstərəcək.

Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Xüsusi üçtərəfli işçi qrupu Qarabağda nə üçün lazımdır?

Məlum olduğu kimi, 1941-ci ildə çəkilən və Azərbaycanı Naxçıvan Muxtar Resublikası ilə bağlayan Mincivan-Culfa dəmiryolu xətti Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən fəaliyyətini məcburi şəkildə dayandırıb. Daha doğrusu, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən və uzunluğu 638 km olan Bakı-Şirvan-Horadiz-Mincivan-Mehri-Ordubad-Naxçıvan-Sədərək yolunun 44 kilometri Ermənistan üzərindən keçir və bu yol 30 il müddətində tam blokada şəraitində olub. Təkcə onu qeyd etmək kifayətdir ki, vaxtilə İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən tarixi ticarət yollarının Naxçıvandan keçməsi bu şəhəri orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən birinə çevirib. Tarixi sənədlərdə göstərilir ki, XVI əsrin II yarısında Culfa tacirləri Venesiya, Marsel, Amsterdam kimi Avropanın böyük sənaye və ticarət mərkəzləri ilə geniş əlaqələr qurmuşlar.

Əhalisi 300 mindən artıq olan Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpa edilməsi həm məsafə, həm də yüklərin nəqletmə müddətinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən uzunluğu baxımından 1,7 dəfə, təxminən 343 kilometr az olan bu dəhliz yükdaşımalara çəkilən xərcləri azaldacaq və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq. Qeyd etmək lazımdır ki, yalnız Asiya nəqliyyat bazarının illik həcmi 200 milyard dollar, Avropa və Asiya arasında ticarət dövriyyəsi isə 2 trilyon dollar təşkil edir ki, bunun da 200 milyon dolları nəqliyyat xərclərinin payına düşür. Dünya Bankının son hesabatlarına əsasən, hazırda məhsulun ilkin qiymətində nəqliyyat xərcinin xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 5%, inkişaf etməkdə olan ölkələrdə 4,25%, bütün dünyada isə orta hesabla 4,8% təşkil edir. Deməli, nəticə etibarı ilə istehlak bazarına məhsulların çatdırılması ilə əlaqədar nəqliyyat xərclərinin azaldılması rəqabət üstünlüyü vəd etməklə bərabər, milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına səbəb olacaq.

Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun, xüsusilə avtomobil nəqliyyatının rolunu nəzərə alsaq, görərik ki, respublikada yüklərin 60%-dən çoxunun nəql edilməsini həyata keçirən bu nəqliyyat növü bütün iqtisadi fəaliyyət sahələrini əhatə edir və Naxçıvan və Azərbaycan Respublikasının digər rayonları arasında quru yolun bərpası mühüm əhəmiyyətə malikdir. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması zamanı yük maşınlarının təkərlərinə düşən ağırlıq norma üzrə 6-8 ton təşkil edirdisə, aparılan hesablamalara görə, dəhliz istifadəyə verildikdə sonra bu rəqəmin 10 tona çatdırılacağı nəzərdə tutulur.

Deməli, Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının bütün regional və beynəlxalq səviyyəli tranzit layihələrində iştirakını təmin edəcək, Muxtar Respublikada istehsal olunan məhsulların istər ölkənin ayrı-ayrı bölgələrinə, istərsə də beynəlxalq səviyyəli satış bazarlarına rahat formada çıxışına əlverişli imkanlar formalaşdıracaq, habelə ixracyönümlü məhsul həcminin artmasına şərait yaradacaq, Muxtar Respublikanın xarici investorlar üçün cəlbediciliyini artıracaq.

Türkiyə

Строительство трубопровода, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ərdoğan Naxçıvan-İğdır qaz kəməri barədə qərar verib

Türkiyənin xüsusilə Şərqi Anadolu hissəsinin Naxçıvan üzərindən Azərbaycanla əlaqələrinin qurulması iqtisadi baxımdan olduqca əlverişlidir. Təkzibedilməz həqiqət ondan ibarətdir ki, "Turan yolu" adlanan Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizi qardaş Türkiyə üçün Xəzər dənizinə, Xəzər dənizindən isə Orta Asiyanın ayrı-ayrı bölgələrinə ən qısa çıxış yolu olduğundan faydalı hesab olunur.

Qeyd etmək lazımdır ki, çəkilməsi nəzərdə tutulan 160 km-lik Qars-Naxçıvan dəmir yolunun transmilli nəqliyyat xəttinə çevrilməsi Naxçıvan dəhlizinin açılması ilə labüdləşəcək. Digər tərəfdən, Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsinin təxminən 343 kilometr qısa olmasının həm logistik yüklərin, həm də turistlərin ölkələr arasında ikitərəfli yerdəyişməsini artıracağı gözlənilir.

Beləliklə, Bakı-Naxçıvan-Qars dəhlizinin bərpa edilməsi ilə ilk növbədə regionda nəqliyyat kommunikasiya sisteminin yeni qovşağı yaradılacaq, yeni yaradılan nəqliyyat kommunikasiya sistemi Türkiyə ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə Avropa - Asiya arasında Beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək.

Beləliklə, Bakı-Naxçıvan-Qars dəhlizinin bərpa edilməsi ilə ilk növbədə:

1. Regionda nəqliyyat kommunikasiya sisteminin yeni qovşağı yaradılacaq.

2. Yeni yaradılan nəqliyyat kommunikasiya sistemi Türkiyə ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə Avropa-Asiya arasında beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək.

3. Qardaş Türkiyənin Şərqi Anadolu bölgəsi əsas olmaqla iki ölkə arasında ticarət əlaqələri daha da genişlənəcək.

4. Bakı-Tbilisi-Qars dəmir yoluna nisbətən daha ucuz və optimal hesab edilməklə turizm sənayesinin inkişafının təkanverici komponentinə çevriləcək.

5. Türkiyənin şərq vilayətlərinin enerji təhlükəsizliyi təmin ediləcək.

Ermənistan

Rusiya və Ermənistan arasında quru yol ağır tonnajlı yüklərin nəql edilməsi üçün o qədər də əlverişli hesab edilməyən Abxaziyadan keçməklə həyata keçirilirdi. Sovet dönəmində Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulan istənilən təyinatlı yüklərin 85%-i məhz Azərbaycanın ərazisindən keçməklə uzunluğu 42 km olan Mehri dəmir yolu vasitəsi ilə Ermənistana çatdırılırdı.

Heç kimə sirr deyil ki, Ermənistan regionda ikitərəfli iqtisadi-siyasi münasibətlərin qurulması və inkişafında Rusiya və İran kimi ölkələrə xüsusi əhəmiyyət verir. Rusiyadan daha çox iqtisadi-hərbi pay alan, onunla heç bir sərhədə malik olmayan Ermənistan istənilən təyinatlı yüklərin dəmir yolu vasitəsi ilə daşınması üçün Batumidə aldıqları 2 bərə vasitəsi ilə İrəvandan Batumiyə (və əksinə), oradan isə Novosibirsk limanına nəql edilməsini planlaşdırırdı. Qeyd etmək lazımdır ki, bu nəqliyyat marşrutu vaxtı ilə istifadə edilsə də həm zaman, həm də çəkilən nəqliyyat xərclərinin yüksək olması baxımından özünü doğrultmayan marşrut hesab edilir. 

Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
SİYASƏT
Paşinyan üçtərəfli bəyanatda Yerevan üçün nəyin əsas olduğunu açıqladı
Coğrafı baxımdan Ermənistan üçün "həyat yolu" adlandırılan İranla əlaqələr mühüm əhəmiyyət daşıdığından Rusiyadan gələn yükləri təyinat məntəqəsinə çatdırmaq üçün nəzərdə tutduqları digər bir hərəkət marşrutu İranın Ənzəli limanı idi. Belə ki, Ənzəli limanına çatdırılan yüklərin oradan avtomobil nəqliyyatı vasitəsi ilə Ermənistana daşınması nəzərdə tutulurdu. Təbii ki, bu marşrut da onsuz da kasıb bir dövlət üçün iqtisadi nöqteyi-nəzərdən əlverişli hesab oluna bilməzdi və daşınan hər yük vahidinə düşən nəqliyyat xərclərinin süni şəkildə artması ilə nəticələnirdi. Məhz İran vasitəsilə onlar Orta Asiya, Çin və Yaxın Şərqə çıxış imkanı əldə edirdilər. Bu "həyat dəhlizindən" istifadə tranzit dövlətlərinə çevrilən Azərbaycanın və Türkiyənin regionda mövqelərinin zəiflədilməsinə, Tehranın mövqeyinin isə gücləndirilməsinə xidmət edirdi. Aydındır ki, Bakı-Naxçıvan-Qars dəhlizinin istifadəyə verilməsi ilə Ermənistanın Orta Asiya, Çin və Yaxın Şərqə çıxışı üçün geniş imkanlar yaranacaq.

Dəmir və avtomobil yollarından istifadəni nəzərdə tutan, hüquqi-iqtisadi baxımdan çox əlverişli hesab edilən, ikinci İpək Yolu adlandırılan Bakı-Naxçıvan-Qars dəhlizinin istifadəyə verilməsi bütün regional və beynəlxalq iqtisadi lahiyələrdən kənarda qalan Ermənistan üçün ən optimal nəqliyyat marşrutu hesab edilməklə bu ölkənin region ölkələrilə inteqrasiya əlaqələrinin qurulmasına töhfə verəcək.

Xəbər lenti
0