BAKI, 11 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əlİyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş Moskvada başlayıb.
Dağlıq Qarabağa dair keçirilən görüş Kremldə keçirilir.
Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.