ELM

Türk alim ilkə imza atdı: COVID-19-u təyin etmək üçün sidik testi icad edib

© AFP 2024 / TAUSEEF MUSTAFAТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alimin sözlərinə görə, klinik sınaqlar zamanı bu testin düzgünlük faizinin mövcud testlərə nisbətən yüksək olduğu müəyyən edilib.

BAKI, 2 yanvar - Sputnik. Tükiyəli Fizioterapiya və Reabilitasiya üzrə mütəxəssis Mehmet Serhan Kurtulmuş, Sars Cov-2 virusunu amin turşusu və ikinci dərəcəli mikroproteinin köməyilə xüsusi bir reaksiya sayəsində sidikdə aşkarlamağa qadir olan metod kəşf edib. 

Sputnik Türkiyə xəbər verir ki, Kurtulmuş bu elmi-tədqiqata yeni tip koronavirusun (COVID-19) Türkiyədə ilk dəfə rast gəlindiyi mart ayında başladığını və onu noyabrda başa çatdırdığını qeyd edib.

Onun sözlərinə görə, test əvvəlcə Xalq Səhiyyə Baş İdarəsi, sonra da Türkiyə Dərman və Tibbi Cihaz qurumu tərəfindən rəy alıb. Artıq ona Səhiyyə Nazirliyi icazə verib.

Alimin sözlərinə görə, klinik sınaqlar zamanı bu testin düzgünlük faizinin mövcud testlərə nisbətən yüksək olduğu müəyyən edilib. Bu elmi-tədqiqat işi beynəlxalq səviyyəli elmi jurnalda da əksini tapıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Израиле - Sputnik Azərbaycan
SƏHİYYƏ
İsrailin əlli qəpiklik koronavirus testi nəticəni bir dəqiqədən tez verir

Kurtulmuşun sözlərinə görə, onun icad etdiyi test 15 saniyə ərzində nəticə göstərir: 

"Amin turşusu və ikinci dərəcəli mikroprotein xüsusi reaktiv sayəsində sidikdəki virusu təsbit edir. Bu səbəbdən onun adını foaming (köpük) test qoymuşuq. Onu hazırlamaqda məqsədimiz insanların ən tez və düzgün şəkildə COVID-19-u təsbit edib ondan yaxa qurtarmasına yardım etməkdir. Bunun sayəsində virusa yoluxanların tez bir zamanda müalicəyə başlaması, virusa yoluxmayanların isə gündəlik adi həyatlarına davam etməsi, işlərini itirməməsi, müalicə alan xəstələrin asanlıqla nəzarətdə saxlanılması mümkündür. Bu, koronavirusu təyin edən ilk sidik testidir və 15 saniyədə nəticə verir."

Mehmet Serhan Kurtulmuş testdən istifadənin qaydalarını da izah edib: 

"Orqanizmdəki virusu bu test vasitəsilə təyin etmək çox asandır. İçində testin olduğu sidik qabına bir qədər sidik tökürsüz. Test qabının içərisindəki xüsusi bir reaktivi olan vakumlu kolbanı sidik qabının üzərindəki sahəyə yerləşdirirsiz. Kolbaya müəyyən qədər sidik daxil olandan sonra 15 saniyə ərzində onu aşağı-yuxarı çalxalayırsız. Test kolbasındakı köpüyün miqdarını kolbanın üzərindəki rəng şkalasına əsasən dəyərləndirirsiz. Beləliklə, hər hansı simptomunuz olmasa da, orqanizminizdə virus yükünün olub-olmadığını təyin edə bilirsiz. Əgər bəzi klinik simptomlarınız varsa, bunun COVID-19-dan, yoxsa başqa infeksiya mənbəyindən qaynaqlandığını da müəyyən edə bilərsiz."

Xəbər lenti
0