Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft bazarında nə baş verir - Qiymət necə olacaq?

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidТанкеры с нефтью, фото из архива
Танкеры с нефтью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Yaxın illərdə neftə olan tələbat kəskin azalacaq. Artıq bahalı neft dövrü geridə qalıb və tarixə qovuşub"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. "Neft bazarında hazırda həssas vəziyyət yaranıb. Vaksinlə bağlı xəbərlərin çoxalması neft qiymətinin bahalaşmasına səbəb olan amilə çevrilib. Vaksinlə bağlı müsbət xəbərlər olmasaydı, neftin qiyməti kəskin ucuzlaşardı".

Bunu iqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a neftin qiymətindən danışarkən deyib.

Fındıq - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Üzü qara fındıqçılıq - ölkənin strateji qeyri-neft məhsulunda geriləmənin qəribə səbəbləri

O bildirib ki, neftin bahalaşmasına dolların ucuzlaşması da təsir göstərir: "Həmişə dollar ucuz olanda neft daha baha olur. Lakin orta və uzun perspektivdə neftin qiymətinin kəskin yüksəlməsi ehtimalı kifayət qədər aşağıdır. Çünki, vaksinlə ilə bağlı məsələlər hələlik öz həllini tapmayıb, gələn il OPEC+ ölkələri tərəfindən neft hasilatının artımı gözlənilir. Digər tərəfdən, ABŞ-İran danışıqları baş tuta bilər və gələn ilin əvvəlindən Liviyada hasilatın artımı gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, orta perspektivdə neft qiymətinə təzyiqlər artacaq. Uzun müddətli perspektivə gəlincə, yaxın illərdə neftə olan tələbat kəskin azalacaq. Artıq bahalı neft dövrü geridə qalıb və tarixə qovuşub".

"Gələn ilin mart ayına qədər neftin qiymətinin 45-55 dollar arasında olması ehtimalı daha yüksəkdir. Sonra isə neftin qiyməti 50-55 dollar dəhlizində qala bilər, lakin bu da OPEC+ ölkələrinin hasilatı hansı sürətlə artırmasından asılı olacaq. Ümumiyyətlə, bütün beynəlxalq nüfuzlu agentliklərin ortalama hesablamalarına görə, gələn il neftin orta qiymətinin 45 dollar civarında olması gözlənilir" - deyə o qeyd edib.

"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, hazırda dünyada neft bazarında vəziyyəti müsbət qiymətləndirmək olar: "OPEC+un son toplantısında hasilat ilə bağlı əldə edilən razılaşma, ABŞ-da prezident seçkisinin nəticəsinin məlum olması, pandemiya ilə bağlı mübarizədə dərman təchizatı sənayesinin çox ciddi nailiyyətlər əldə etməsi bunu deməyə əsas verir. Kütləvi şəkildə vaksinasiya işlərinə start verən ölkələr var. Məsələn, Rusiyanı, Türkiyəni, Almaniyanı buna nümunə kimi göstərmək olar. ABŞ-da da bu proses başlamaq üzrədir. Bu, onu deməyə əsas verir ki, investorlar 2021-ci ilin birinci rübündən sonra iqtisadi açılıma daha optimist baxmağa başlayacaqlar".

Нефтяной танкер в Китае, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Çin neft emalı sahəsində ABŞ-ı geridə qoydu: Bunun Rusiyaya faydası olacaqmı

"Əsas məqamlardan biri ölkələrarası səyahət imkanlarının açılmasıdır. Xüsusilə hava nəqliyyatı vasitəsilə hərəkətlərin məhdudlaşdırılması neftə tələbatı əhəmiyyətli səviyyədə azaltmışdı. Bu faktor mərhələli şəkildə aradan qalxanda özü-özlüyündə tələb formalaşdıracaq"- o qeyd edib.

İqtisadçı bildirib ki, digər tərəfdən, pandemiya ilə mübarizədə məhdudlaşdırıcı tədbirlər neftə, yanacağa tələbatı aşağı salan faktordur: "Lakin növbəti ilin 2-ci rübündən etibarən bu faktorların aradan qalxma ehtimalı çoxdur. Ona görə də 2021-ci ildə neftin qiymətinin orta həddinin 2020-ci illə müqayisədə 15-20 faiz daha yuxarı olacağını ehtimal etmək olar".

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir ki, COVID-19-a qarşı peyvəndləmə prosesinin qlobal neft tələbatına təsirlərini müşahidə etmək bir neçə ay çəkəcək. Bildirilir ki, bəzi ölkələrdə yeni növ koronavirus epidemiyasına qarşı peyvəndlərin tətbiqinə başlanması və peyvəndin asanlıqla əldə ediləcəyi ilə bağlı gözləntilər qlobal iqtisadi fəaliyyətin gözləniləndən daha tez normallaşma prosesinə qədəm qoyacağına dair ümidləri artırıb.

2021-ci il üzrə qlobal neft tələbatı proqnozu təyyarə yanacağı və kerosin tələbatındakı azalma gözləntiləri səbəbindən aşağı salınıb: "Neft qiymətlərindəki bahalaşma bir çox ölkədə başlanan peyvənd proqramlarının təsiri ilə qismən izah olunur. Bununla belə, peyvənd olunmuş, iqtisadi cəhətdən aktiv əhali sayına çatmaq və bunun da neft tələbatına təsirini hiss etməyimiz bir neçə ay çəkəcək".

Dünya Bankı isə 2021-ci ildə neft qiymətlərinin 44 dollar/barel olacağını proqnozlaşdırır.

Xəbər lenti
0