Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Britaniya virusu Romaya da çatdı

© AFP 2024 / ALBERTO PIZZOLIСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə gün əvvəl Böyük Britaniyadan Romanın "Fyumiçino" aeroportuna gələn təyyarədən düşən pasiyent və onun partnyoru ailələri və yaxın dost çevrəsi ilə birlikdə təcrid olunublar

BAKI, 20 dekabr - Sputnik. Koronavirusun yeni, çox yoluxucu mutasiyası İtaliyaya Böyük Britaniyadan gəlmiş şəxsdə aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Son günlər Böyük Britaniyanı "çalxalayan" SARS-CoV-2 virusunun genomu Romadakı Çelio hərbi hospitalının mütəxəssisləri tərəfindən aşkar olunub.

Ситуация в связи с эпидемиологической обстановкой в Великобритании - Sputnik Azərbaycan
Nazirdən tövsiyə: Özünüzü elə aparın, elə bil, yoluxmusunuz

"Bir neçə gün əvvəl Böyük Britaniyadan Romanın "Fyumiçino" aeroportuna gələn təyyarədən düşən pasiyent və onun partnyoru ailələri və yaxın dost çevrəsi ilə birlikdə təcrid olunublar. Onlar Səhiyyə Nazirliyinin təyin elədiyi bütün prosedurlara riayət ediblər", - məlumatda deyilir.

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirmişdi ki, britaniyalı alimlər koronavirusun məlum ştammlardan daha tez yayılan növünü aşkarlayıblar. Ölkənin Baş naziri Boris Conson isə deyib ki, ilkin məlumatlara görə, yeni mutasiyanın yoluxuculuğu 70% daha çoxdur.

Bu səbəbdən dekabrın 20-dən ölkənin cənub-şərqində, eləcə də Londonda dördüncü səviyyə məhdudlaşdırma tətbiq edilib. Bu tədbirə görə, ilkin tələbat malları satanlardan başqa digər bütün mağazalar, trenajor zalları, bərbərxanalar və digər müəssissələr bağlanır. İnsanlara evlərindən çıxamamaq tövsiyə olunur.

Yeni mutasiya səbəbindən bir çox Avropa ölkələri Böyük Britaniya ilə avia və dəmiryolu əlaqəsini kəsməyə məcbur olublar.

Xəbər lenti
0