03:55 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
55 0 0

Bu arada Niderland mutasiya etmiş koronavirus səbəbindən Böyük Britaniya ilə sərnişin aviareyslərini dayandırıb. Bu gündən başlanan qadağa ən azı 2021-ci il yanvarın 1-dək qüvvədə olacaq

BAKI, 20 dekabr - Sputnik. Koronavirusun yeni mutasiyası Böyük Britaniyada hələ sentyabrda aşkar olunmuşdu, indi isə bütün dünyada yayılmaqdadır.

Sputnik Azərbaycan bildirir ki, bunu BBC-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerkxove deyib.

“Böyük Britaniya bu ştammı sentyabrda aşkarlayıb, o, İngiltərənin cənub-şərqində peyda olub”, - Kerkxove bildirib.  

O dəqiqləşdirib ki, sözügedən koronavirus mutasiyası eləcə də Danimarka, Niderland və Avstraliyada aşkarlanıb.

Bu arada Niderland mutasiya etmiş koronavirus səbəbindən Böyük Britaniya ilə sərnişin aviareyslərini dayandırıb. Bu gündən başlanan qadağa ən azı 2021-ci il yanvarın 1-dək qüvvədə olacaq.

Eyni qadağanı Belçika hökuməti də tətbiq edib.

Fransa da şimal qonşusu ilə avia və dəmiryolu əlaqəsini kəsə bilər. Bu barədə BFMTV telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, qərar gün ərzində elan olunacaq. Qeyd olunur ki, eyni qadağanı Almaniyanın da tətbiq edəcəyi gözlənilir.

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirmişdi ki, britaniyalı alimlər koronavirusun məlum ştammlardan daha tez yayılan növünü aşkarlayıblar. Ölkənin Baş naziri Boris Conson isə deyib ki, ilkin məlumatlara görə, yeni mutasiyanın yoluxuculuğu 70% daha çoxdur.

Teqlər:
aviareys, Fransa, Almaniya, Belçika, Niderland, mutasiya, Koronavirus, epidemiya, COVID-19, Böyük Britaniya, Avropa

Əsas mövzular