CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının "Təzə bazar"ı təzələnir

© Sputnik / Murad OrujovТезе Базар в Баку
Тезе Базар в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. "Nəsimi rayonu ərazisində olan "Təzə bazar" köçürülüb. Hazırda bazarda olan bir neçə icarədar mağazalarını boşaldır".

8-ci km bazarı xüsusi rejim zamanı  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qışa indidən azuqə yığın, bahalaşma davam edəcək

Bu barədə Sputnik Azərbaycan-a "Təzə bazar"ın baş nəzarətçisi Fuad İbrahimov məlumat verib.

O bildirib ki, bazarın yerində yenidən "Təzə bazar" brendi adı altında yeni bazar tikiləcək.

F.İbrahimovun sözlərinə görə, bazarın köçürülməsinə səbəb köhnəlməsi olub: "Bazar köhnəldiyi üçün, həm texniki, həm də mənəvi baxımdan təhlükə yaradırdı. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə cavab vermirdi. Antisanitariya var idi. Kanalizasiya və digər kommunikasiya xətləri köhnəlmişdi".

Baş nəzarətçi əlavə edib ki, bazarda olan icarədarlara 2 ay əvvəl köçürülmə ilə bağlı bildiriş verilib və onlar 3 istiqamətə köçürülüblər.

Belə ki, icarədarlara öncədən bazarın fəaliyyətini dayandıracağı barədə məlumat verilib.

"İcarədarların bir hissəsi Nəsimi rayonu ərazisində "Eurohome" ticarət mərkəzinə köçürülüb. Həmin ticarət mərkəzi keçmiş "Qarabağ" mehmanxanasının yerindədir. Bura təxminən 70-80-ə yaxın icarədar köçülüb. "Təzə bazar"da fəaliyyət göstərən "Zoobazar"ın icarədarları da 2-3 günə köçürüləcəklər. Hazırda onların yeri hazırlanır. İcarədarların bir qrupu "Təzə bazar"la üzbəüz fəaliyyət göstərən "Af Center"ə köçürülüb. Üçüncü ünvan isə "AfcomPlaza" adlanır. Bu mərkəz Ceyhun Hacıbəyli küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində, Plotnikov küçəsi 21-də yerləşir. Bütün icarədarlar yerləşiblər və artıq yerlər də var", - deyən nəzarətçi əlavə edib ki, "Təzə bazar"da 750 ticarət nöqtəsi olub.

Onun sözlərinə görə, bazarda əksər obyektlərin ərazisi 3-4 kvadratmetr olub. Yəni burada kiçik ticarət nöqtələri olub.

F.İbrahimov əlavə edib ki, "Təzə bazar"ın yerində tikiləcək yeni bazar 2022-ci ildə təhvil veriləcək.

"Bəzən "Yaşıl bazarı" misal gətirərək, yeni bazarın yüngül konstruksiya ilə tikiləcəyini dilə gətirən insanlar var. Bu, elə tikinti olmayacaq. Bu, müasir dövrün tələblərinə uyğun tikili olacaq. Bazarın yerləşdiyi - yuxarıda Səməd Vurğun küçəsi və aşağıda Mərdanov qardaşları küçəsində yer səthinin hündürlüyündə müəyyən fərqlər var. Bu fərqlərə görə mürəkkəb mühəndislik işləri tələb olunur. Eyni zamanda bazarda yeraltı dayanacaqlar nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək", - deyən F.İbrahimov qeyd edib ki, bazar 2022-ci il ərzində təhvil veriləcək.

Xəbər lenti
0