CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin dövrü Azərbaycanda ən çox uşaqlara təsir edib, boşanmalar isə...

© AFP 2024 / DELIL SOULEIMANДевочка в маске, фото из архива
Девочка в маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümumilikdə isə karantin dövründə də boşanma, aliment, əmlak, problemi, miras, pensiya məsələləri ilə əlaqədar müraicətlər daxil olub" - Türkel Süleymanlı.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Artıq 9 aydır ki, ölkədə pandemiya şəraiti davam edir. Maraqlıdır, bu çətin dövrdə insanlar daha çox nəyə görə vəkil və psixoloqlara müraciət ediblər, ümumiyyətlə, müraciətlərdə dəyişiklik qeydə alınıbmı?

Mövzu ilə əlaqədar olaraq Sputnik Azərbaycan-ın üz tutduğu vəkillər ümumi olaraq müraciətlərdə elə bir dəyişikliklərin olmadığını vurğulayıb. Vəkil Türkel Sülyemanlı son günlərdə müraciətlərin, işlərin daha çox olmasının səbəbini isə bir müddət məhkəmələrin fəaliyyətini dayandırması ilə izah edib: "Artıq sentyabrdan məhkəmələrin də fəaliyyətini bərpa etməsi nəticəsində hazırda işlərimiz daha çoxdur. Öncələr hansı məsələlərlə bağlı müraciətlər daxil olurdusa, karantin dövründə də bu müraciətlər daxil olur. Ümumilikdə isə deyim ki, bu müddətdə də boşanma, aliment, əmlak, problemi, miras, pensiya məsələləri ilə əlaqədar müraciətlər daxil olub. Nadir hallarda isə boşanma olmadan aliment tələbi olur. Amma qeyd edim ki, pandemiya dövründə daha öncəki dövrlə müqayisədə boşanmalarla bağlı müraciətlərdə azalma qeydə alınıb".

Корпоративная вечеринка, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Boşanma: Dərd ağır, çevrə də pis...

Vəkil Vüsalə Musayeva ona daxil olan müraciətlərdə torpaq, müqavilə öhdəlikləri, nikah mübahsiələrinin üstünlük təşkil etdiyini deyib.

Digər vəkil Vüqar Səfərov isə Sputnik Azərbayan-a açıqlamasında bildirib ki, ailədaxili münasibətlərin pisləşməsi fonunda müxtəlif müraciətlər daxil olur: "Bundan başqa, karantin qaydalarının pozulması ilə bağlı görülən tədbirlərdən şikayətlər də olur".

Psixoloq Zeynəb Əyyubova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indiki dövrlə müqayisədə pandmeiyanın ilkin olaraq başladığı dövrlərdə daha çox müraciətlər daxil olurdu: "Pandemiyanın ilk dövründə "panik atak"la bağlı müraciətlər olurdu. İnsanlarda həyəcan, təşviş, qorxu yaranırdı. Onlar əsasən ölüm və xəstəlik qorxusu ilə bizə müraciət etdilər".

O bildirir ki, karantinin vaxtı uzadıldıqca insanalrda qorxu azalsa da, ümidsizlik artdı: "Nişanlı cütlüklərdə bu cür inamsızlıqlar çox müşahidə olundu. İnsanlarda xəyallara, gələcəyə inamsızlıq azalmağa başladı. İnsanların alışmadığı vəziyyət yarandığı üçün onlar, "görəsən bu durum nə vaxt bitəcək" tipli suallar içindədirlər. Onlar mövcud pandemiya durumunun tezliklə bitməsini və rahat həyatlarına davam etmək istəyirlər".

Ağstafa şəhərində xüsusi rejimə nəzarət üçün qurulan polis postu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu şəhər və rayonda karantin rejimi sərtləşdirildi

Ailədaxili problemlərə gəldikdə isə psixoloq ailələrə görə vəziyyətin dəyişdiyini deyib: "Məsələn, həyat yoldaşım 10 il ərzində bir dəfə də olsa mətbəxdə xörək bişirməmişdi, amma pandemiya dövründə mən bunu gördüm və nəticə də uğurlu oldu. Bəzi ailələr sevgililik dönəminə qayıtdı. Amma elə ailələr də oldu ki, bir yerdə daha çox qalıb problemlərlə üzləşdilər. Yəni, bəzi münasibətlərdə soyuqluq, bəzilərində də istilik yarandı".

"Yaranan problemlər həm işsizlikdən, həm də istirahət etmək üçün bir zamanın, mühitin olmamasından qaynaqlandı. Mövcud durum, qapanmaların olması insanlara beyinlərini dincəltmək üçün imkan vermədi", - deyə psixoloq əlavə edib. O bildirib ki, böyüklərlə yanaşı ən böyük problemi uşaqlar yaşamış oldu: "Bağça, məktəb və universitetlərin fəaliyyət göstərməməsi onlarda diqqət yayınmasına yol açdı. Sinif tədris sisteminin olmaması, onların dərslərdən uzaq olması bu kimi problemlərə yol açıb. Bu səbəbdən uşaqlarda geriləmə başlayıb", - deyə psixoloq əlavə edib. 

Xəbər lenti
0