Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Amerikansayağı qloballaşma öldü

© AFP 2024 / ROBERTO SCHMIDTПрезидентские выборы в США, фото из архива
Президентские выборы в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hillari Klinton ABŞ-ın dünyadakı hegemonluğunun bərpası məsələsində "dərin dövlət" strategiyası hesab oluna biləcək proqram mətnini açıqlayıb.

BAKI, 16 noyabr — Sputnik, İvan Danilov. ABŞ-a prezident ola bilməyən "boz kardinal" Hillari Klinton nüfuzlu Foreign Policy jurnalında bu ölkənin dünyadakı hegemonluğunun bərpası məsələsində Amerika "dərin dövlətinin" həqiqi strategiyası hesab oluna biləcək proqram mətnini açıqlayıb.

Artıq zombi-prezident Baydenin zəfər nitqini dinləməyə və ya oxumağa ehtiyac yoxdur: xanım Klinton hər şeyi yerli-yataqlı izah edib və Amerika siyasətinin real sıralamasında Klinton klanının yeri nəzərə alınarsa, məhz bu strategiyanın həyata keçirilmə şansı daha yüksəkdir.

"Madam prezident"in (vaxtilə o özünü belə adlandırmışdı, red.) mətnində ən paradoksal məqam ondan ibarətdir ki, bu proqram Donald Trampın haqlı olduğunu göstərən tam və hərtərəfli etirafdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Ekspert Davos forumu barədə: qloballaşma tərəfdarlarının maraqlarına xidmət edir

Əgər Donald Tramp öz həyatını dəmir barmaqlıqlar arxasında başa vurmalı olsa belə (bu tamamilə inandırıcı ssenaridir), o artıq ağlasığmaz nailiyyətə imza atdığı üçün qürrələnə bilər. Tramp ABŞ-ın tarixi siyasi kursunu pozub və hətta Amerika qəbirstanlıqlarında yatanların səsindən istifadə edərək hakimiyyətə gələnlər də bundan sonra öz daxili və xarici siyasətini bu ekssentrik Nyu-York milyarderinin yaratdığı istinad nöqtəsinə söykənərək qurmalı olacaqlar.

ABŞ-ın 45-ci prezidentinin ünvanına ritual (və kifayət qədər emosional) tənqid səsləndirməsinə baxmayaraq Klinton Demokratların əvvəllər yalnız görməməyi deyil, inkar etməyi belə üstün tutduqları problemlərə diqqət çəkir: "Artıq çoxdandır ki, hər iki partiyanın administrasiyaları (prezident administrasiyalar – red.) iqtisadi siyasətin milli təhlükəsizlik məsələlərinə təsirini lazımınca qiymətləndirməyiblər. Bu isə strateji cəhətdən əhəmiyyətli sahələri zəiflədir və həyati əhəmiyyətli istehsal zəncirini xaricə daşıyır. Xarici siyasət icması (yəni, Dövlət Departamenti, prezidentin xarici siyasət üzrə məsləhətçiləri, düşüncə mərkəzi mütəxəssisləri – red.) məlum səbəblərdən yeni ticarət razılaşmalarının ittifaqları necə gücləndirəcəyinə və Amerikanın inkişaf etməkdə olan ölkələrə təsirini artıracağına diqqəti cəlb etmişdi. Respublikaçılar fəhlələrin dəstəklənməsinə, yeni iş yerlərinin açılmasına və evdə çətin vəziyyətdə olan icmalara sərmayə qoymaq cəhdlərinə qarşı çıxanda Demokratlar yeni ticarət müqavilələrini böyük həvəslə ləngitməli idilər", – deyə Klinton yazır.

Əgər bu mətndə iqtisadi qloballaşmanın nəticələri ilə bağlı həqiqətən məsuliyyətsizliyə yol vermiş Respublikaçıların ünvanına söylənilən iynəli sözlər olmasaydı, onu Donald Trampın sözçülərindən birinin yazdığını düşünmək olardı. Bütün siyasi karyerası boyunca həm demokratların, həm də respublikaçıların ünvanına ittihamlar səsləndirən Tramp onları bilərəkdən iş yerlərini və istehsal gücünü Çinə daşımaqda günahlandırıb. Onun fikrincə, nəticədə elə bir vəziyyət yaranıb ki, artıq Pekin dünyanın super gücü olmaq uğrunda Vaşinqtonla rəqabətə girib.

Beləliklə, amerikansayağı qloballaşma öldü, özü də onu Tramp öldürdü və indi Demokrat partiyasının aparıcı siyasətçisi Trampın standart fikirlərini öz proqram mətninə daxil edir, Çini ABŞ-ın milli təhlükəsizliyinə (özü də yalnız hərbi deyil, ilk növbədə iqtisadi təhlükəsizliyinə) təhdid olaraq göstərir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin binası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib

Qeyd etmək lazımdır ki, Hillari Klintonun proqramında Çinlə mübarizəyə Rusiyadan daha çox yer ayrılır. O, soyuq müharibə klişelərindən uzaqlaşmağın vacibliyini vurğulayaraq öz yazısını Çini və Rusiyanı boğmağın başqa bir yolunu tapmaq üzərində qurur.

Hətta diplomatiya da Dövlət Departamentinin keçmiş rəhbəri tərəfindən ilk növbədə güclü təzyiq üçün daha əlverişli fürsət yaradan vasitə kimi qəbul edilir. Məsələn, Tramp administrasiyasını müttəfiq ölkələrlə işləyə bilmədiyi üçün tənqid edən Klinton doğru diplomatiyaya aşağıdakını nümunə göstərir.

"Diplomatik kursa sadiqliyin bərpası ABŞ-ın hərbi mövqeyini gücləndirə bilər. ABŞ ittifaqları –nə Çinin, nə də Rusiyanın rəqabət apara biləcəyi, Vaşinqtonun gücünü dünyaya yaymağa imkan verən gerçəklikdir. Məsələn, mən dövlət katibi olduğum vaxt Cənubi Çin dənizindəki mübahisəli dəniz yollarına yaxın 2500 ABŞ dəniz piyadasının Şimali Avstraliyaya yerləşdirilməsi barədə razılığa gəlmişdik".

Başqa sözlə, ABŞ öz vassallarını Çin və ya Rusiya üzərində bir növ hərbi üstünlük qazanmasına kömək edə biləcək hərəkətlərə sövq etmək niyyətindədir.

Amma Hillari Klintonun mətnində deklarativ səviyyədə olsa belə, müsbət məqamlar da var. Bayden administrasiyasının "boz kardinal"ı ən azından, Çin və ya Rusiya ilə "təsadüfi" nüvə müharibəsindən yayınmaq fikrini müdafiə edir.

Yeni şərti silah sistemlərinin yaradılması ehtiyacından bəhs edən Klinton, "bu imkanları Çin və Rusiya ilə uzun məsafəli şərti hücumun fəlakətli eskalasiyaya səbəb ola biləcək nüvə zərbəsi ilə səhv düşmə ehtimalını azaltmaq üçün məsləhətləşmələrə imkan verən mexanizmlər müşayiət etməlidir", deyə bildirir.

Vaşinqtonun belə bir mexanizmin yaradılması üçün səy göstərməsi yaxşı haldır, ancaq amerikan hakimiyyətinin öz geosiyasi maraqlarını raket-bomba zərbələrinin köməyi ilə möhkəmləndirmək fikri müsbət emosiyalara səbəb ola bilməz.

Amerika "dərin dövləti"nin siyasi, hərbi və diplomatik maşının idarəetmə rıçaqlarına yenidən tam şəkildə qayıtması dünyanın sonu olmasa da planetdə çətin ki sülhü bərqərar etsin.

ABŞ istehsal güclərini öz ərazisinə qaytarmağa cəhd edəcək, geosiyasi rəqiblər isə hərbi və diplomatik üsullarla fəal şəkildə təzyiq göstərməyə çalışacaqlar. Və əgər Bayden administrasiyasının ABŞ iqtisadiyyatını sənaye istehsalına yönəltmə qabiliyyətinə şəkk edənlər mövcuddursa, Amerika hərbi maşınının dünyada qanlı avantüraları davam etdirəcəyinə şübhə yeri yoxdur.

Xəbər lenti
0