Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert Davos forumu barədə: qloballaşma tərəfdarlarının maraqlarına xidmət edir

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyir ki, Azərbaycanın belə forumlarda təmsil olunmağı ölkəmizin dünya iqtisadiyyatında gedən proseslərdə iştirakını təmin edir
Elşən Bağırzadə: “Davosun iqtisadi proseslərə təsir edəcəyi ilə bağlı fikirlərə qatılmıram”

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayıb. Yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraqlı tərəflərin kapitalizmi (stakeholder capitalism) olacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, Davos Dünya İqtisadi Forumuna müzakirə platforması kimi baxmaq lazımdır:

“Burada qəbul edilən qərarların dünya ölkələri tərəfindən həyata keçirilməsi məcbur deyil. Tədbir qloballaşma tərəfdarlarının maraqlarına xidmət edir. Adı dünya iqtisadi forumu olsa da, aparıcı iqtisadiyyata malik bütün ölkələr bu forumda təmsil olunmur. Ona görə də, forumun dünyada baş verən iqtisadi proseslərə təsir edəcəyi ilə bağlı fikirlərə qatılmıram. Azərbaycanın belə forumlarda təmsil olunmağı ölkəmizin dünya iqtisadiyyatında gedən proseslərdə iştirakını təmin edir”.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0