Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarabağın sıxca sousunun hazırlanma qaydası – videoresept

Abunə olmaq
Əslən Füzuli rayonunun Gorazıllı kəndindən olan Məhliqa Balıyeva Sputnik Azərbaycan-a Qarabağın məşhur sıxca sousunun hazırlanma qaydasını təqdim edib.

Bu yeməyin bişirilməsi üçün öncədən ət və kartof qaynadılır, daha sonra ocaq üstündə qızardılmış soğan, rəndələnmiş pomidor, qırmızı bibər, pomidor pastası ilə birgə bişirilir. Daha sonra üzərinə ətin bişirildiyi bulyon əlavə edilir.

Maraqlısı odur ki, kartof sousa əlavə edilərkən onu bütün qazan boyu deyil, yalnız bir qıraqda yerləşdirirlər. Belə olan halda kartof öz canına ətin dadını çəkir. Daha sonra boşqaba bir tikə kartof, üç tikə ət qoyaraq süfrəyə verilir.

Bu yeməyi süfrəyə verərkən yanına qara undan sac üzərində bişirilmiş yuxa da qoyulur. Bir neçə saat qaynadılan, daha sonra isə tərəvəzlə bişən ət isə sonunda pambıq kimi yumşaq alınır.

Bu yeməyi təqdim edən Məhliqa xanım isə onu çox qısa müddətdə ata ocağında, öz doğma Gorazıllı kəndində bişirəcəyi günü gözləyir.

Xəbər lenti
0