BAKI, 11 noyabr - Sputnik. Bakının "Neftçi" klubunun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov istefa veriblər.
Sputnik Azərbaycan-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, istefaya səbəb komandanın Azərbaycan Premyer Liqasındakı sonuncu oyunu olub. Noyabrın 8-də baş tutan oyunda neftçilər Ağdamın "Qarabağ" klubuna 0:6 hesabı ilə uduzmuşdular.
Komandanıb yeni baş məşqçisi də artıq bəllidir. Bu, Samir Abbasovdur. Yeni baş məşqçi "Neftçi" TV-nin suallarını da cavablandırıb və hədəfləri açıqlayıb: