Prezidentliyə başlayan kimi Baydenin ilk verəcəyi qərar bəlli oldu

© AFP 2024 / JIM WATSONДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilir ki, ABŞ qanunvericiliyinə görə, hər bir ştat və dairənin özünün karantin məhdudlaşdırması tətbiq etmək hüququ var

BAKI, 9 noyabr - Sputnik. Demokrat Cozef Bayden prezidentliyə başlayan kimi ölkədə ümummilli maska rejimi elan edəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Fox News telekanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, Bayden hər bir ştatda qubernatorların köməyi ilə maska taxılmasının məcburi olmasını təmin etmək niyyətindədir. Əgər kimsə bu addımdan boyun qaçırsa, gələcək prezident hər bir dairə ilə ayrı-ayrılıqda danışıqlar aparacaq.

Bildirilir ki, ABŞ qanunvericiliyinə görə, hər bir ştat və dairənin özünün karantin məhdudlaşdırması tətbiq etmək hüququ var. Vaşinqtonun isə bu qaydaları birbaşa tətbiq etməyə ixtiyarı yoxdur.

Koronavirusa yoluxmaya görə ABŞ dünyada birincidir. Pandemiya başlayandan ölkədə 9.8 milyondan çox adam koronavirusa yoluxub.

Xəbər lenti
0