BAKI, 4 noyabr — Sputnik. Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə olan "Sivasspor"la qarşılaşacaq Azərbaycanın "Qarabağ" futbol klubu Sivas hava limanında xoş sürprizlə qarşılaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Sivas valiliyi və Sivas Milli Təhsil İdarəsi tərəfindən komandamızın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub.
Daha sonra xüsusi ansambl Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşını səsləndirib.