Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" bu gün Avroliqa oyununa çıxır

© REUTERS / KACPER PEMPELМатч плей-офф раунда квалификации Лиги Европы между польской "Легией" и азербайджанским "Карабахом"
Матч плей-офф раунда квалификации Лиги Европы между польской Легией и азербайджанским Карабахом  - Sputnik Azərbaycan
Abunə olmaq
Tel-Əvivin "Makkabi" klubu ilə oyun bu şəhərin Blumfeld stadionunda Bakı vaxtı ilə 23:00-da baş tutacaq

BAKI, 22 oktyabr - Sputnik. Bu gün Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsində ilk sınağına çıxacaq.

Sputnik Azərbaycan bildirir ki, Qurban Qurbanovun yetirmələri İ qrupunda ilk oyunu səfərdə, İsraildə keçirəcəklər.

Tel-Əvivin "Makkabi" klubu ilə oyun bu şəhərin Blumfeld stadionunda Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Qeyd edək ki, dünən İsrailə yollanan komanda oradakı qarşılanmadan məmnunluğunu sosial şəbəkədə bu foto ilə bildirib:

Qurban Qurbanov oyun barədə danışarkən "Makkabi"nin həm "Dinamo" (Brest, Belarus), həm də "Zalsburq"la (Avstiya) matçlarını izlədiyini bildirib: "Özünəməxsus oyun taktikası olan bir komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var.

Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olmağı normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Futbolçularımı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Makkabi" - "Qarabağ" oyununun baş hakimi şotlandiyalı Con Biton olacaq.

Qrupun digər qarşılaşması isə İspaniyada, Vilyarealın "La Seramika" stadionunda baş tutacaq. Burada "Vilyareal" Türkiyə təmsilçisi "Sivasspor"u qəbul edəcək. 

Xəbər lenti
0