Son məlumatlara görə, hadisə nəticəsində 13 nəfər həlak olub, yaralananların sayı isə 52-yə çatıb. Şəhərdəki mülki obyektlərə, infrastruktura və nəqliyyat sisteminə ciddi ziyan dəyib.
Qeyd edək ki, bu, ermənilərin Azərbaycanın ikinci böyük şəhərinə sayca üçüncü hücumudur.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın, habelə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun 9 oktyabrda baş tutan görüşündən sonra, oktyabrın 10-dan saat 12:00-dan etibarən Dağlıq Qarabağda atəşkəs barədə razılıq əldə edildi. Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə və bu təşkilatın meyarlarına uyğun olaraq hərbi əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi ilə bağlı razılığa gəldilər.
Fövqəladə Hallar naziri: Sakinlər mənzillərlə təmin ediləcək >>
Lakin Ermənistan silahlı qüvvələri BMT Nizamnaməsini, habelə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, oktyabrın 11-də səhər tezdən Azərbaycanın ikinci böyük şəhəri - Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış evinin yuxuda olan sakinlərini Ermənistan ərazisindən raket atəşinə tutub. Raket hücumu nəticəsində 10 nəfər ölüb, 40 nəfərə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.