BAKI, 17 oktyabr — Sputnik. "Raketlər insanların sıx yaşadığı əraziyə atılıb. Yaralananlar çoxdur". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada deyib. Nazir bildirib ki, Ermənistan tərəfindən atılmış raket nəticəsində evlər dağılıb, hadisə yerindən çox-çox uzaqlarda yerləşən beşmərtəbəli binalar da zərər görüb.
O bildirib ki, hücum nəticəsində yaralılar da var: "Düşmənin istifadə etdiyi raket dinc insanları hədəfə almamalı idi. Dağıntılar arasında qalan əhalinin xilasetmə işləri, demək olar ki, yekunlaşmaq üzrədir. Son axtarışlar gedir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əhaliyə dəyən ziyanın hesablanmasına başanılacaq. Gəncədə və düşmən hücumuna məruz qalan digər ərazilərimizdə dağıdılan binaların yerinə inşa ediləcək yeni binaların layihələrinin hazırlanmasına başlanılacaq".