BAKI, 11 oktyabr — Sputnik. UEFA Millətlər Liqasında İrlandiyanın futbol millisi öz meydanında Uelsi qəbul edib.
B Liqası 4 qrupunun matçı Dublində keçirilirdi. 0:0 hesabı ilə bitən oyun zamanı 84-cü dəqiqədə ev sahiblərinin hücumçusu Ceyms Makklin meydandan qovulub.
Bazar günü BBC xəbər yaymışdı ki, İrlandiya millisinin 5 oyunçusunun koronavirus testi müsbət çıxıb.