SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyəli deputatlar səfirliyə müraciət etdi: Dəstək üçün Bakıya gəlmək istəyirlər

© AFP 2024 / OZAN KOSEМужчина с национальными флагами Азербайджана и Турции
Мужчина с национальными флагами Азербайджана и Турции - Sputnik Azərbaycan
Abunə olmaq
İYİ Partiyanın sədri Meral Akşenər deputatların bu məqsədlə Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət etdiklərini bildirib.

BAKI, 6 oktyabr — Sputnik. Bu gün Türkiyənin İYİ Partiyasının sədri Meral Akşənər Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirib: "Azərbaycandan çox gözəl bir xəbər aldıq. Dedilər ki, qorxmaz Mübariz İbrahimovun şəhid olduğu yerdə artıq ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır. Uca Allahdan duamız budur ki, o müqəddəs bayraq bir gün Qarabağda da dalğalansın. Və çırpınsın Qara dəniz baxıb Türkün bayrağına".

Dövlət Baxçalı, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
"Ermənistanın silahlı dəstələri ya geri çəkiləcək, ya da əziləcək" - Dövlət Baxçalı

Sputnik-Azərbaycan-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, toplantıda Akşenər İYİ Partiyadan olan bir qrup millət vəkilinin azərbaycanlılara dəstək olmaq üçün Bakıya getmək istədiklərini, bu məqsədlə Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət etdiklərini deyib. O bildirib ki, bu məsələni şəxsən özü diqqətdə saxlayacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə telefonla danışdığını qeyd edən partiya sədri "Türkiyə hökuməti Azərbaycanı dəstəkləməklə çox doğru mövqe tutub, biz də bu addımı dəstəkləyirik", – deyib.

Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirindən bir neçə bəndi əzbər deyən Meral Akşenər çıxışını bu sözlərlə bitirib: "Bakıya salam olsun! Xəzər küləyi ilə dalğalanan ay-ulduzlu bayrağa salam olsun! Kəlbəcərə, Füzuliyə, Xankəndiyə, Şuşaya və Gəncəyə salam olsun! Türk əsgərinə salam olsun! Türkün bayrağına salam olsun!"

Xəbər lenti
0