SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ermənistanın silahlı dəstələri ya geri çəkiləcək, ya da əziləcək" - Dövlət Baxçalı

© AFP 2023 / ADEM ALTANDövlət Baxçalı, arxiv şəkli
Dövlət Baxçalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı indiki mərhələdə Azərbaycan-Ermənistan münaqişəsinin müzakirə və diplomatiya yolu ilə həllinə dair təkliflərin baş aldatmaqdan, tələ qurmaqdan başqa bir şey olmadığını bildirib.

BAKI, 6 oktyabr — Sputnik. Hazırkı mərhələdə Azərbaycan-Ermənistan münaqişəsinin müzakirə və diplomatiya yolu ilə həllinə dair təkliflər baş aldatmaqdan, tələ qurmaqdan başqa bir şey deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbəri olduğu partiyanın iclasında bildirib. 

O qeyd edib ki, Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var:

"Yeganə yol ermənilərin qeyd-şərtsiz türk torpaqlarından çıxarılması, Dağlıq Qarabağda Azərbaycan bayrağının ucaldılmasıdır. Düşmənin belini qırmadan, hərbi uğurlar siyasi cəhətdən öz təsdiqini tapmadan aparılan bütün müzakirələr ermənilərə güzəştə getmək deməkdir. Ermənistanın quldur dəstələri ya geri çəkiləcək, ya da əziləcək".

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Türkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Türkiyə Milli Müdafiə Nazirliyi: "Ermənistan dərhal hücumları dayandırmalıdır!"

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxlıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Xəbər lenti
0