BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində möhtəşəm qələbə qazanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Mölde” (0:0, pen. - 5:6) klubları ilə qarşılaşan Ağdam komandası bu gün Varşavada “Legiya” ilə qarşılaşıb.
Oyun 0:3 hesabı ilə Azərbaycan çempionunun qələbəsi ilə bitib. Bununla "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə adlayıb.
Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
“Legiya” (Polşa) – “Qarabağ” - 0:3
Qollar: Patrik Andrade (50`), Abdullah Zubir (62`), Filip Ozobiç (70`)
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)
Varşava. Ordu stadionu