CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Futbol yığmamızın hücumçusu əməliyyat olundu

© © Instagram / renat_dadaФорвард сборной Азербайджана Ренат Дадашов, фото из архива
Форвард сборной Азербайджана Ренат Дадашов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Renat Dadaşov Azərbaycan yığmasının Lüksemburq (1:2) və Kiprlə (1:0) keçirdiyi UEFA Millətlər Liqasının oyunlarına dəvətlilər sırasında olub

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov Avstriyada əməliyyat olunub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu özünün rəsmi "Instagram" səhifəsində məlumat verib.

Əməliyyatın yaxşı keçdiyini vrğulayan gənc forvard bundan sonra daha səylə çalışmalı olduğunu bildirib: "Həyatda eniş-yoxuşlar olur. Bunlar onun bir parçasıdır. İlk mərhələ geridə qaldı. Əvvəlkindən daha çox çalışmalı olduğum vaxt gəlib çatdı. Asan heç nə yoxdur, amma bunlar məni öldürmür, əksinə, daha da güclü edir".

Посмотреть эту публикацию в Instagram

Публикация от Renat Dadashov (@renat_dada)

Dadaşov bu müddətdə ona dəstək olan insalara təşəkkür edib: "Ailəm, dostlarım və komanda yoldaşlarım sağ olsunlar. Hər gün mənə dəstək olurlar. Həmçinin tibb işçilərinə də təşəkkür edirəm. Yenidən güclü olmaq üçün çox çalışacağam. Tezliklə görüşənədək!".

Qeyd edək ki, Renat Dadaşov Azərbaycan yığmasının Lüksemburq (1:2) və Kiprlə (1:0) keçirdiyi UEFA Millətlər Liqasının oyunlarına dəvətlilər sırasında olub.

Xəbər lenti
0