Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fatih Terim "Qalatasaray" oyunçularına "Neftçi"nin zəif və güclü tərəflərini göstərib

© AFP 2024 / STRINGERFatih Terim
Fatih Terim - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin "Qalatasaray" komandası baş məşqçisi Fatih Terim yetirmələrinə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəyi oyunla bağlı tövsiyələrini verib

BAKI, 14 sentyabr — Sputnik. Türkiyə "Qalatasaray"ı UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim flaqmanın güclü və zəif tərəflərini analizlərlə futbolçularına başa salıb.

Superliqanın ilk turunun "Qaziantep"lə matçında (3:1) sərgilənən oyun və qazanılan qələbə "ağ-qaralar"la matç öncəsi məşqçilər heyətini sevindirib.

Bundan başqa, sözügedən görüşdə zədələnən Emre Kılınçın durumunun ciddi olmadığı və Azərbaycan təmsilçisinə qarşı oynaya biləcəyi vurğulanıb.

Yarımmüdafiə xəttini gücləndirmək üçün transfer işlərini də davam etdirən İstanbul klubu Portuqaliya "Sportinq"inin futbolçusu İdrissa Dumbiya ilə yaxından maraqlanır. "Cim-Bom" 22 yaşlı kot-D ivuarlı yunçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Xəbər lenti
0