CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı klubu Azərbaycandan qaçan futbolçu ilə müqaviləni pozacaq

© Photo : Facebook / KEŞLƏ FKАлешандре Криштовао, фото из архива
Алешандре Криштовао, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov klub rəhbərliyinə xaricə qaçan anqolalı futbolçu Aleşandre Kriştovao ilə müqaviləni pozmaq xahişi ilə müraciət edib.

BAKI, 9 sentyabr — Sputnik, Teymur Tuşiyev. Bakının "Keşlə" futbol klubu bu günlərdə Azərbaycandan qaçan anqolalı hücumçu Aleşandre Kriştovao ilə müqaviləni pozacaq.

Azərbaycan Premyer Liqası klubunun rəhbərliyi hələ ki Anqoladan olan futbolçusunun taleyi ilə bağlı qərar qəbul etməyib. Lakin komandanın baş məşqçisi Yunis Hüseynov rəhbərliyə futbolçu ilə razılaşmanı pozmaq xahişi ilə müraciət edib. Çox güman ki, klub baş məşqçinin xahişini yerə salmayacaq.

Bu günlərdə Kriştovao "Keşlə"nin yerləşdiyi ərazini icazəsiz tərk edərək xüsusi təyyarə reyslərindən birində şəxsi işləri ilə bağlı Niderlanda gedib və hələ də klubla əlaqə saxlamayıb.

Bununla yanaşı, klub Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Sumqayıt" klubu ilə keçirilən qarşılaşmada futbolçu Tərlan Quliyevin niyə öz nömrəsi olan futbolkada çıxış etməməsinə də aydınlıq gətirib. O, protokolda üçüncü nömrə altında qeyd olunsa da, 33-cü nömrə altında meydana çıxıb. Oyunda iştirak etmək üçün onun köynəyindəki rəqəmlərdən birinin üstünü skotçla bağlayıblar.

Səhv klubun 2020/21 mövsümünün başlanğıcına yeni forma sifariş etməsilə əlaqədar olub. Belə ki, təchizatçı yeni formanı vaxtında çatdıra bilməyib və oyunçular meydançaya köhnə forma ilə çıxmaq məcburiyyətində qalıblar. Sözügedən səhv də bunun nəticəsində ortaya çıxıb.

Xatırladaq ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Nəzarət-İntizam Komitəsi bu insidentə görə "Keşlə"ni 800 manat məbləğində cərimə edib.

Xəbər lenti
0