Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 31 avqust — Sputnik. "Neftçi" futbol komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan təmsilçisi Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək.
Klublar sentyabrın 17-də Bakıda qarşılaşacaq.
Qeyd edək ki, "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"yə (2:1) qalib gəlib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ" komandasının təsnifat mərhələsindəki rəqibi məlum olub. , Azərbaycan çempionu bu mərhələdə Norveçin "Mölde" klubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi öz oyunu doğma meydanda keçirəcək.
Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" klubu Çempionlar Liqasının daha əvvəl baş tutan mərhələlərində "Sileks" (Şimali Makedoniya) və "Şerif" (Moldova) klublarını mübarizədən kənarlaşdırıb.