CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO

© Sputnik / Ilham AhmadovOx atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri - Sputnik Azərbaycan
Abunə olmaq
Kamandan oxatma üzrə yığma komandamızın baş məşqçisi deyir ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Azərbaycanın kamandan oxatma üzrə yığma komandası Qəbələ Atıcılıq Klubunda məşqlərə start verib. Son altı ay ərzində ilk dəfədir ki, komanda açıq havada təlim-məşqlərə başlayıb. Toplantıların 15 gün davam edəcəyi nəzərdə tutulub. Yığma komandanın məşqçisi Natiq Fazilovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, bu məşqlər olduqca vacib və mütləqdir: “Əslində, bu məşqlər hazırlıq məqsədi ilə nəzərdə tutulmamışdı. Lakin Qəbələdə olanda xəbər gəldi ki, Türkiyənin Antalya şəhərində beynəlxalq turnir planlaşdırılır. Turnir Türkiyənin şəhidi Qəhrəman Baqatırın xatirəsinə həsr olunacaq.

© Sputnik / Ilham AhmadovOx atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO - Sputnik Azərbaycan
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Turnirdə 12 dövlətdən iştirakçıların olcağı bildirilib. Buna görə də bizim bu gün Qəbələdə məşqlərdə olmağımız yerinə düşdü və oxatanlarımız çalışacaqlar ki, məşqlərdə yüksək səviyyədə iştirak etsinlər. Qəbələdə hazırda məşqlərdə 12 nəfər idmançı və üç məşqçi iştirak edir".

Yığma komandanın məşqçisi onu da bildirdi ki, ilk həftə idmançıların məşqlərə köklənməsi olduqca çətin keçib. Onun sözlərinə görə, bu, başadüşüləndir, çünki onlar altı aya yaxın idi ki, ancaq evlərdə fərdi şəkildə məşq edirdilər: "Hazırda vəziyyət, demək olar ki, yaxşıdır. Artıq gündə iki dəfə məşqlər edirik və hər məşq zamanı 120-200-dək atışlar edilir. Əlbəttə, bu olduqca böyük əziyyət və güc tələb edən bir məşqdir, ancaq bütün bunlara baxmayaraq çox böyük ümidlərimiz var ki, şanlı bayrağımızı istənilən xarici ölkədə dalğalandıracağıq".

© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri - Sputnik Azərbaycan
1/3
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri - Sputnik Azərbaycan
2/3
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri - Sputnik Azərbaycan
3/3
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
1/3
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
2/3
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
3/3
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Natiq Fazilov həmçinin bildirdi ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər və bu turnirin beynəlxalq səviyyədə ya Bakı şəhərində, ya da Qəbələdə - qəhrəmanımızın doğma diyarında - olmasına ümid edirlər.

Komandanın üzvü Nəzrin Zamanova son bir necə gündür ki, məşqlərin əla keçdiyini və nəticələrin qalxdığını deyir "İlk günlər yadırğadığımızı hiss etdik, hətta məsafəyə belə çatmaq bizim üçün çox çətin idi. Hazırda əla vəziyyətdəyik və bizə bu şəraiti yaratdıqları üçün minnətdarlığımızı bildiririk".

© Sputnik / Ilham AhmadovOx atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO - Sputnik Azərbaycan
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Komandanın üzvü Məhəmmədəli Əliyev də irəliləyişin olduğunu vurğulayır: "Rejimlə işləyirik, uğur əldə etməyə çalışırıq. Uzun müddətdən sonra ilk dəfədir ki, ağır məşqlərdəyik. Artıq uyğunlaşırıq və irəliləyişlər var. Bizim üçün çətin olsa da qaldığımız yerdən davam edərək nailiyyətlər əldə edəcəyimizə əminəm".

Xəbər lenti
0