Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Modern fırıldaqçılar: Motivatorlar, kouçlar, psixoloqlar və başqa mətləblər…

© REUTERS / Marzio Toniolo Девушка у окна, фото из архива
Девушка у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bizə necə xoşbəxt olmağı öyrətmək istəyənlərə cavabımız bu olsun: “Biz xoşbəxt olmağı sizsiz də bacarırıq!”

BAKI, 1 avqust— Sputnik. Xoşbəxtliklə bağlı saysız-hesabsız yazılar, kitablar qələmə alınıb və hər biri öz oxucusuna əbədi səadət vəd edir. Uğursuzluqların, narahatlıqların, özünə inamsızlığın aradan qaldırılması və sakitliyə nail olmağın yolları da bura daxildir. Bu kitabların müəllifləri bəzən daha da irəli gedib iddia edir ki, ali məqsədə – xoşbəxtliyə nail olmaq üçün günümüzün bir neçə dəqiqəsini ona ayırmağımız kifayətdir. Bundan böyük yalan bir daha eşitməyəcəksiniz! Hələ “yaşam kouçları”, motivatorlar, psixoloqlar, təlimçilər və digər “xoşbəxtlik paylayan” fırıldaqçılardan danışmıram.

Силуэт человека за стеклянными блоками - Sputnik Azərbaycan
YAZARLAR
Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...

Düşünürəm ki, bizim xoşbəxt olmağımıza mane olan əsas faktorlardan biri  xoşbəxt olmağın yollarını göstərdiyini iddia edən kitablar, bu barədə konfranslar, seminarlar, təlimlər təşkil edən fırıldaqçılardır. Məncə xoşbəxt olmaq üçün bütün təlimləri, öyrədici və motivasiyayönümlü yazıları, duaları, meditasiyaları bir kənara qoymaq lazımdır. Bəli, bütün romanları və şeirləri, filmləri, öyrədici videoları, bütün motivasiya kitablarını kənara qoyun. Hər hansı kitabı oxuyanda, səliqəli geyinmiş kouçu, konfransda çıxış edən natiqi dinləyəndə istər-istəməz onun təsiri altında olursan və nəticədə mühakimələrin öz şəffaflığını itirir. Motivasiya kitablarını oxumaq, motivasiya videolarına saatlarla izləməkdənsə onlara gözucu baxmaq kifayətdir. Oxuyun, dinləyin, baxın… Amma öz bildiyinizi edin! Önəmli olan sizin nə istədiyinizdir! Ola bilməz ki, siz necə xoşbəxt olmağı bilməyəsiniz! Bunu sizə öyrətmək istəyənlərin fırıldaqçı olduğuna isə şübhə etməyin.

Tezliklə anlayacaqsınız ki, heç vaxt motivasiya videoları, “xoşbəxtliyin sirləri”ni öyrətməyə çalışan kitablar sizi olduğunuzdan daha xoşbəxt edə bilməz. Bu kitablar ən yaxşı halda müəllifinə varlanmağın yolunu açır, bu videolar baxış sayı artdıqca müəllifinə rahatlıqla pul qazandırır, kouçlar hər konfransdan sonra qonorarını alıb ən yaxınıqdakı barda özünə içki sifariş verir…

Xoşbəxtlik üçün nəyə ehtiyacımız var?

Motivasiya kitablarının, “necə xoşbəxt olmaq olar” mövzulu videoların yararsızlığının empirik sübutları var. Bu kitablardakı və videolardakı vədlərin kiçik bir hissəsi belə həyata keçmiş olsaydı, bu gün dünya ucsuz-bucaqsız xoşbəxtliyə qərq olardı. Bunun mümkün olmadığını bilirik və görürük. Deməli, dünya xoşbəxtlik haqqında yazılmış saysız-hesabsız faydasız kitablarla, xoşbəxtliyin yolunu göstərməyə çalışan məzmunsuz və mahiyyətsiz videolarla. Fırıldaqçı motivator, kouç və psixoloqlarla doludur.

Bakı bulvarı - Sputnik Azərbaycan
YAZARLAR
Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"

Xoşbəxt olmağın yollarını bilmək, xoşbəxtlik axtarışında əsla işə yaramır. Xoşbəxt olmaq üçün bu biliklərə ehtiyacımız yoxdur.

Xoşbəxtlik axtarışında olan bir insan üçün: “Səhərlər yüksək əhval-ruhiyyə, pozitiv enerji ilə yuxudan qalxın. Üzünüzdə təbəssüm olsun” məsləhətindən gülünc nə ola bilər?

Guya bu məsləhət olmasa biz yuxudan göz yaşı, koronovirus və ya şiddətli revmatizma ağrıları ilə oyanmağı düşünürük?

Şübhəsiz ki, bu cür məsləhətlər bizə xoşbəxt olmaqla bağlı heç bir informasiya vermir. Etməli olduğumuz işləri bilməyimiz, bu bilgilərimizin faydalı olması mənasına gəlmir. Siqaretin və alkaqolun ziyanını bilən on minlərlə siqaret aludəçisi və içki düşkünü var. Siqaret və alkaqolun ziyanını bilmək bizi asılılıqdan xilas etmir.

Gəlin qəbul edək ki, xoşbəxtliyə çatmaq üçün birbaşa yollar mövcud deyil. Hər insana xoşbəxtliyə  çatmaq üçün münasib bələdçilər lazımdır. İnanın ki, xoşbəxtliyə gedən dar cığır hətta bir insana kifayət edəcək qədər rahat deyil. Biz bir-birimizdən o qədər çox fərqlənirik ki, Arizonada bir həftəlik tətildən narazı qalmağımız, Antalya sahillərindən əhvalımız pozulmuş halda qayıtmağımız mümkündür.

Bəs, nə etməli?

Deməli, başqalarını xoşbəxt edə biləcək detallar, bizim ovqatımızı korlaya, kefimizi poza bilər. Hamı eyni şeylərlə, eyni yolla xoşbəxt ola bilmədiyi üçün, ümumi yazılmış kitablar, hamıya xitab edən videolar faydasızdır.

Bütün bunlara rəğmən, xoşbəxtlik axtarışında insanın öyrənə biləcəyi həqiqətlər var.

Hər şey əlçatan və mümkün olsaydı həyatınızda ən xoşbəxt gün necə olardı?

Силуэт человека, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Üstündən sükutla keçdiyimiz, gözardı etdiyimiz iki cinayət

Bu sual göründüyü qədər sadə sual deyil, ona görə cavab verməzdən əvvəl bir neçə dəqiqə düşünün.

Siz necə xoşbəxt olmaq istərdiniz və sizi nə xoşbəxt edə bilər?

Bir şeyi unutmayın ki, xoşbəxtliyin yolu motivasiya kitablarından və videolarından keçmir. Hazırda oxuduğunuz bu yazı da sizi xoşbəxt edəcək gücdə deyil.

Bu yazını oxuduqdan sonra həyatınıza başqa perispektivdən baxın. Xoşbəxtliyə gedən yola milyonlarla kiçik cığırlar birləşir. Siz hansı çığırla xoşbəxtliyə gedirsiniz?

Sizi xoşbəxt edən şeyləri bilirsinizmi?

Bizə necə xoşbəxt olmağı öyrətmək istəyənlərə cavabımız bu olsun: “Biz xoşbəxt olmağı sizsiz də bacarırıq!”

Xəbər lenti
0