CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kəsin özünü rahat hiss etdiyi məkanda vəziyyət kökündən dəyişə bilər

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tahir Kərimlinin fikrincə, Azərbaycanda 100 min istifadəçisi olan sosial şəbəkənin nümayəndəliyi olmalı və o təhqir-nöhtan, narkotiklərin təbliği və s. Məsələlərə məsuliyyət daşımalıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Bir neçə gün öncə Türkiyədə sosial şəbəkələrlə bağlı qanun layihəsi qəbul edildi. Belə ki, qanuna görə ölkədə bir milyondan çox istifadəçisi olan sosial şəbəkələrin nümayəndəlikləri yaradılmalıdır və həmin nümayəndəlik, sosial şəbəkələrdə şər-böhtan, təhqir, terrora çağırış və narkotiklərin təbliği ilə məsələlərə məsuliyyət daşımalıdır.

 Coca-Cola - Sputnik Azərbaycan
Nəhəng şirkətlər sosial şəbəkələrə qarşı: bir ay gözümüz reklamdan dincələcək

Bu gün Azərbaycanda da belə qanun qəbul edilməsinə ehtiyac varmı? Çünki sosial şəbəkələrdə insanlar təhqir edilir, şər-böhtan dolu informasiyalarla dolaşır. Habelə terrora çağırış və narkotiklərin təbliği ilə bağlı məsələlər sosial şəbəkələrdə yer alır.

Və təəsüf olsun ki, hüquq-mühafizə orqanları bu məsələ qarşısında acizdir.

Millət vəkili Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlmasında bildirib ki, son iki onillikdə Amerikada, Avropa dövlətlərində, dünyanın inkişaf etmiş ölkələrində sosial şəbəkələrlə bağlı qanunlarda dəyişikliklərin edilməsi barədə müzakirələr aparılır, mülahizələr irəli sürülür.

"Bu dövlətlərdə müvafiq qanunlarda dəyişikliklər də olub. Azərbaycanda mətbuatla, təhqir-böhtanla, narkotiklərin satışı və təbliğatı ilə bağlı qanunlar qəbul edilir, müəyyən dəyişikliklər olur. Ancaq nədənsə hər dəfə sosial şəbəkələr kənarda qalır. Sosial şəbəkə mətbuat hesab edilmədiyi üçün heç bir addım atılmır. Maraqlıdır, 5 min tirajlı mətbuatda insan təhqir edilirsə, orqan məsuliyyətə cəlb edilir, amma bir milyonluq auditoriyada təhqir edilirsə, heç kim məsuliyyətə cəlb edilmir. Burada bir anormallıq var" deyən millət vəkili vurğulayıb ki, Türkiyə təcrübəsini müsbət qiymətləndirir.

Onun fikrincə, Türkiyə əhalisi Azərbaycan əhalisindən çox olduğu üçün burada 1 milyon istifadəçi nəzərədə tutulub. Azərbaycan üçün isə bu rəqəm 100 min olmalıdır.

Глава пресс-службы Минобороны АР полковник Вагиф Даргяхлы - Sputnik Azərbaycan
Dərgahlı: "Təxribatları sosial şəbəkələr vasitəsilə həyata keçirməyə çalışırlar"

Yəni, Azərbaycanda 100 min istifadəçisi olan sosial şəbəkənin nümayəndəliyi olmalı və o təhqir-nöhtan, narkotiklərin təbliği və s. Məsələlərə məsuliyyət daşımalıdır.

"Mən hesab edirəm ki, bu tənzimləməni qəbul etməyən sosial şəbəkəyə qarşı müəyyən sanksiyalar tətbiq edilməlidir. Övladlarımızın bu günü və gələcəyi hamını narahat edir. Bu səbəbdən də sosial şəbəkələrlə bağlı çox ciddi ölçü götürməyin vaxtı çatıb" – deyə o bildirib.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə şər-böhtan, təhqir və s. məsələlərlə balı qanunvericilikdə dəyişiklik etmək lazımdır. Bu dəyişikliklər edilən zaman millii mentallitet və beynəlxalq təcrübə nəzərə alınmalıdır.

Xəbər lenti
0