Nəhəng şirkətlər sosial şəbəkələrə qarşı: bir ay gözümüz reklamdan dincələcək

© AFP 2024 / YURI CORTEZ "Coca-Cola"
 Coca-Cola - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz istəyirik ki, sosial media tərəfdaşlarımız nifrət, şiddət və uyğunsuz paylaşımlarla əlaqədar olaraq reklamla bağlı dəyərlər, kodekslər, standartlar və siyasətlərə yenidən baxsınlar, əsas tələbimiz budur" - "Coca-Cola"

BAKI, 27 iyun — Sputnik. İyulun 1-dən etibarən "Coca-Cola" şirkəti "Facebook" və digər sosial şəbəkələrdəki reklamlarını boykot edəcək. Sputnik Azərbaycan-ın "Theverge.com"a istinadən xəbərinə görə, ən azı 30 gün şirkət sosial şəbəkələrdə reklam yayımını dayandıracaq. Şirkət tərəfindən belə bir addım atılmasının səbəbi isə sosial şəbəkələrdə yayılan uyğunsuz paylaşımlara etiraz olaraq bir çox təşkilatlar tərəfindən başladılan "Mənfəət üçün nifrətə son qoy" aksiyasına dəstəkdir. Bu səbəbdən şirkət yalnız "Facebook"da deyil, eyni zamanda da "İnstagram", "Twitter", "Youtube" və digər sosial şəbəkə platformalarında da reklam yayımını dayandıracaq.

Bununla da sosial şəbəkələrin reklam itkisi olacağı bildirilir. Şikət isə belə bir addım atmaqla sosial şəbəkələrdən ədalətlilik gözlədiklərini, nifrətə, şiddətə son qoymalarını tələb etdiklərini və şəffalıq gözlədiklərini bəyan edir: "Biz istəyirik ki, sosial media tərəfdadşlarımız nifrət, şiddət və uyğunsuz paylaşımlarla əlaqədar olaraq reklamla bağlı dəyərlər, kodekslər, standartlar və siyasətlərə yenidən baxsınlar, əsas tələbimiz budur".

"Coca-Cola" digər şirkətləri də bənzər addım atmağa səsləyib.

 

Xəbər lenti
0