Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA klublara pul ayırıb, şərtlər qoydu

© Sputnik / Murad OrujovАссоциация футбольных федераций Азербайджана
Ассоциация футбольных федераций Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyə yardımı ayrılmış bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul etməlidirlər

BAKI, 30 iyul — Sputnik. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yığıncaq videokonfrans formatında baş tutub. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Qəbələ” və “Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən “Qəbələ” klubuna 1.500.000 (bir milyon beş yüz min), “Zirə” klubuna isə 500.000 (beş yüz min) AZN maliyyə yardımı göstərilsin.

2. İclasın gedişində irəli sürülən təklif əsasında Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar “Sumqayıt” klubuna 300.000 min (üz yüz min), “Səbail” klubuna isə 200.000 (iki yüz min) AZN maliyyə yardımı göstərilsin.

3. Maliyyə yardımı ayrılmış bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul etsin.

4. AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin audit yoxlamasının aparılması səlahiyyətini özündə saxlayır.

5. AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin sərf olunacağı prioritet istiqamətin uşaq və gənclər futbolu olmasını, həmçinin məvaciblərin süni şəkildə artırılmaması şərtilə əsas komandaların heyətində gənclərdən ibarət milli komandalara potensial namizədlərə yer verilməsini tövsiyə edir.

6. AFFA tərəfindən ötən mövsümlərdə Birinci Divizionda iştirakla bağlı maliyyə yardımı göstərilən klublara eyni  qaydada növbəti mövsüm üçün də maliyyə yardımı təmin olunsun.

Xəbər lenti
0