CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığa götürülən uşaqların sayı açıqlandı

© REUTERS / PAUL CHILDSРебенок, фото из архива
Ребенок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır

BAKI, 27 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən övladlığagötürmə sahəsində yeni idarəetmə modeli yaradılmaqla, bu sahədə xidmətlərin elektronlaşdırılması təmin edilib.

Düşünən qız, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bibisi tərəfindən övladlığa götürülən qız sığınacağa yerləşdirilib

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, cari ilin mart ayında "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" altsistemi təqdim edilib, altsistemin müraciət interfeysi istifadəyə verilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydası" təsdiq edilib. Övladlığagötürmə sahəsində xidmətlərin elektronlaşdırılması xüsusi karantin dövründə həmin sahədə xidmətlərin fiziki müraciətə ehtiyac qalmadan və ləngimələr olmadan, ardıcıl davam etdirilməsinə imkan verib. 

Yanvar-iyun aylarında qeyd edilən altsistem vasitəsilə 29 valideyn-namizəd müraciət edib. Bu dövrdə 6 uşaq övladlığa götürülüb. Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır. Ötən dövrdə övladlığa götürülmüş 1410 uşaqla bağlı monitorinq, o cümlədən 1331 uşaqla bağlı distant (1057-si telefon, 274-ü videozəng vasitəsilə) monitorinq həyata keçirilib, onların övladlığa götürüldüyü ailələrdəki vəziyyəti, inkişaf səviyyəsi öyrənilib.

Xəbər lenti
0