CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bibisi tərəfindən övladlığa götürülən qız sığınacağa yerləşdirilib

© pixabay / moritz320 / Girlhttps://pixabay.com/en/girl-dreamy-thoughtful-human-blond-1126008/Düşünən qız, arxiv şəkli
Düşünən qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Onu sığınacağa qəbul edəndə  çox natəmiz şəraitdə idi. Qızda da assosiallıq var, təhsil almayıb, oxumayıb, baxımsız qalıb" - Kəmalə Ağazadə.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 may — Sputnik. İki gün bundan öncə evdən qaçan qız sığınacağımıza yerləşdirilib. Qız şiddət gördüyünü deyərək bu səbəbdən evdən qaçdığını söyləyir. Qız evdən qaçarkən sevdiyi şəxsə sığınmışdı. Amma yaşı az olduğundan həmin şəxs onu polisə, polis isə qızı bizə təhvil verib. Bakı şəhərində baş  verən hadisə ilə bağlı hazırda işlə bağlı araşdırmalar aparılır".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, 17 yaşlı qız davamlı olaraq bibisi tərəfindən şiddətə məruz qalıb: "Qızın doğma ata-anası yoxdur. Anası haqda ümumiyyətlə məlumatsızıq, atası isə dünyasını dəyişib. Deyilənə görə, bibisi qızının davranışlarından bezdiyi üçün o bir neçə dəfə də evdən qaçıb".

"Onu sığınacağa qəbul edəndə  çox natəmiz şəraitdə idi. Qızda da assosiallıq var, təhsil almayıb, oxumayıb, baxımsız qalıb. Lakin şiddətlə bağlı üzdə görünən bir şey yoxdur. Lakin bibisi qızı da 17 yaşlı qızın evdən qaçdığı üçün anası tərəfindən döyüldüyünü təsdiqləyib", - deyə K.Ağazadə əlavə edib.

Xəbər lenti
0